Rusiya bazarı İran mallarına “gəl-gəl” deyir

post-img

“İzvestiya” qəzetinin yazdığına görə, Qərb brendləri Rusiya bazarını tərk edəndən sonra İranın hazır geyimlərinin bəxti açılıb. Bu pal-paltarın Türkiyə mallarına nisbətdə daha ucuz satılacağı gözlənilir.

Xatırladaq ki, ötən əsrin 90-cı illərin­də Azərbaycan bazarları da buna oxşar hay-küylü bir vəziyyətlə üzləşmişdi. Yollarını Tehranın, Təbrizin... Çin mal­ları satılan bazarlarına salanlar ucuz qiymətə nə gəldi alıb gətirir və yaxşıca qazanırdılar. İndi İranda nəzərlər rus bazarlarına dikilib. Çünki Azərbaycanda belə malların bazarı çoxdan bağlanıb.

İranın ticarət şirkətləri “Abbas”, “Ra­soul”, “Hassan”, “Romina”, “Kşana”, “Samiira”, “Jila” və başqa brendləri Rusiya bazarına çıxarmağı planlaşdı­rır. Belə yerdə deyiblər: “At öldü, itlərə bayram oldu”.

 

“Xalq qəzeti”

Sosial həyat