Aİ-Ermənistan sənədi əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir

post-img

Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə alındıqda, ölkəmizə qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı müşahidə missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinə dair şərhində yer alıb.

Şərhdə, həmçinin qeyd olunub: “Prioritetlər sırasında qeyd edilənlərlə yanaşı, hərbi və müdafiə məsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmət göstərir.

Yuxarıda qeyd olunan məsələlər avqustun 8-dən etibarən postmünaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir və Ermənistanın niyyətləri barədə ciddi şübhələr yaradır. Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımlar atacağını gözləyirik. Öz növbəmizdə vəziyyəti diqqətlə izləməyə davam edəcək və zəruri nəticələr çıxaracağıq”.

Siyasət