Ali təhsil və sənaye əməkdaşlığına həsr olunan seminar

post-img

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran işi kafedrasının təşəbbüsü ilə “Ali təhsil müəssisələri və sənaye arasında strateji tərəfdaşlıq nümunələri – Azərbaycan üçün yeni yanaşma” mövzusunda elmi-praktik seminar keçirilib.

“Sapphire Inn Hotel”də baş tutan  tədbirdə ATMU-nun rəhbərliyi, müxtəlif universitetlərin professor-müəllim heyəti, hotel və sənaye nümayəndələri iştirak ediblər. Seminarda ATMU-nun Mehmanxana və restoran işi kafedrasının müdiri Novruz Quliyev universitet–sənaye əməkdaşlığının əhəmiyyətindən, dual təhsil modelinin tətbiqi imkanlarından və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının həyata keçirilməsindən danışıb.

 Tədbir iştirakçılarının məruzə və çıxışlarında ali təhsilin sənayenin real ehtiyaclarına uyğunlaşdırılması, təcrübə proqramlarının təkmilləşdirilməsi, kadr hazırlığında müasir yanaşmaların tətbiqinin əhəmiyyətindən bəhs olunub. Təhsil müəssisələri ilə xidmət sənayesi arasında mövcud boşluqların aradan qaldırılmasını şərtləndirən təkliflər sırasında isə  hotelçilik və turizm sahəsində ixtisaslı kadrlara tələbatın artması faktına münasibət bildirilib.

ATMU-da sənaye ilə əlaqələri koordinasiya edən mərkəzin yaradılması, dual təhsil modelinin tətbiqi, tədris proqramlarının yenilənməsi və birgə tədqiqat layihələrinin genişləndirilməsi ilə bağlı bir sıra tövsiyələr günün tələbi kimi  dəyərləndirilib.

Elmi praktik seminarın sonunda ATMU rəhbərliyi tərəfindən sənaye nümayəndələrinə Təşəkkürnamələr təqdim olunub.

Z.HÜSEYNOVA
XQ







Təhsil