Biz güclü ölkəyik, güclü iqtisadiyyatımız var, xarici borcumuz ÜDM-in 6,9 faizini təşkil edir. Əlbəttə ki, kim bizi tənqid edir, onların məhz xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
“Biz yoxsulluğu 5 faizə salmışıq və Fransaya gəldikdə, bu, xeyli çoxdur”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, təbii, bu, bizim reallığımızdır. “Bu, bizim torpağımızdır. Bu, bizim həyatımızdır və istərdik ki, Azərbaycan xalqına hörmətlə yanaşsınlar. Səmimi desək, biz artıq öz səylərimizi göstərdik ki, Qərb mətbuatında Azərbaycanla bağlı rəy dəyişsin, lakin görürük ki, bu, vaxt itkisidir”.