Fransanın müstəmləkə siyasətini ört-basdır etmək üçün ölkəmizə qarşı iddiaları əsassızdır

post-img

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın “BFM TV”yə müsahibəsi zamanı ölkəmiz əleyhinə səsləndirdiyi əsassız iddialara dair ölkə mediasının sualını cavablandırıb.

Fransız nazirin əsassız və qərəzli iddiası ilə bağlı XİN-in rəsmi mövqeyini açıqlayan mətbuat katibi bildirib: “Fransa tərəfinin dənizaşırı ərazilərdəki uğursuz siyasətini, kolonializm keçmişini davam etdirmək səylərini ört-basdır etmək üçün ölkəmizi ittiham edərək, təkrar-təkrar səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik. Manuel Vallsın Azərbaycana qarşı növbəti dəfə səsləndirdiyi cəfəng iddialar Fransanın həmin xalqlar arasında dayaqlarını itirməsi ilə barışmadığının növbəti təzahüründən başqa bir şey deyil. Fransa tərəfindən belə iddialar səsləndirməklə ölkəmizə qarşı apardığı əsassız qarayaxma kampaniyasını dayandırmağı tələb edirik”.

XQ

Siyasət