İrəvan Bakı ilə müqavilə imzalamaq və regionda kommunikasiyaları açmaq niyyətindədir

post-img

Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa, regional kommunikasiyaların açılması və sərhədlərin delimitasiyasına sadiqdir. Bunu İrəvanda xarici işlər naziri Ararat Mirzoyan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə keçirdiyi mətbuat konfransında deyib. Məlumatı XQ TASS-a istinadən yayıb. 

Mirzoyan deyib: “Biz Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini yekunlaşdırmağa çalışırıq: biz sülh gündəliyinə sadiqik, bu, həm sülh müqaviləsinə, həm də nəqliyyat kommunikasiyalarının açılmasına, sərhədin delimitasiyasına və demarkasiyasına aiddir”. 

Mirzoyan onu da əlavə edib ki, Ermənistan kommunikasiyaların blokadadan çıxarılmasından sonra Azərbaycanla sadələşdirilmiş tranzit prosedurlarının tətbiqini müzakirə etməyə hazırdır: “Əgər kommunikasiyalar blokdan çıxarılarsa, sadələşdirilmiş prosedurlar ola bilər ki, bundan həm biz, həm də Azərbaycan faydalanar”.

Ermənistan hökuməti tərəfindən hazırlanmış “Dünyanın kəsişməsi” layihəsi Azərbaycanla nəqliyyat əlaqələrinin blokdan çıxarılmasını və onun bütün regionun infrastrukturuna inteqrasiyasını nəzərdə tutur. 

P.ƏMİRCANOV

XQ

 

 

Siyasət