İrakli Kobaxidze: Gürcü xalqına qarşı münasibət dəyişərsə, Gürcüstan AŞPA-ya qayıdacaq

post-img

Bu gün gördüyümüz belə bir vəziyyətdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) işləməyin mənası yoxdur. Bizim qərarımız tamamilə alternativsiz qərardır.

AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxış edib.

Baş nazirin sözlərinə görə, gürcü xalqına münasibət dəyişərsə, Gürcüstan Avropa Şurası Parlament Assambleyasına qayıdacaq.

“Xanım Tea Tsulukianinin nümayəndə heyəti adından, komandamız adından elan etdiyi qərar çox mühüm idi. Təbii ki, belə bir vəziyyətdə bizim nümayəndə heyətimiz öz işini Avropa Şurası Parlament Assambleyasında davam etdirmək niyyətində deyil və AŞPA-dakı işini dayandırır. Əgər gürcü xalqına, ölkəmizə münasibət dəyişərsə, o halda, təbii ki, biz Avropa Şurası Parlament Assambleyasına qayıdacağıq”, - deyə Kobaxidze vurğulayıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Dünya