Ötən ay fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb

post-img

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması dekabrda 0,5 faiz bəndi azalaraq 33,6 faiz təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 65,7 faizi (9,400.1 milyon manat) milli valyutada, 34,3 faizi (4,899 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60,1 faizi (8,600.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri dekabr ayında 2,7 faiz və ya 229,4 milyon manat artıb.

Hüquqi şəxslərin tələbli depozitləri 17,580.3 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75,1 faizini təşkil edib.

İqtisadiyyat