Yaxud müasir erməni irqçiliyinin tarixi kökləri və özəllikləri
(əvvəli qəzetin ötən sayında)
“Daşnaksütyun“ partiyasının fəaliyyətini ardıcıl izləyən gürcü yazıçısı Karibi 1919-cu ildə təəssüf hissi ilə yazırdı: “Daşnaklar gələrkən özləri ilə milli nifrət toxumu gətirdilər. Deməliyəm ki, bu toxumun səpildiyi torpağın üzərində erməni–müsəlman qan davası və erməni-gürcü müharibəsindən başqa bir şey bitə bilməzdi”. Müasir erməni millətçiliyi də müxtəlif irqlər arasındakı bioloji fərqliliklərin toplu halında və ya fərdi olaraq ortaya çıxdığını iddia edir. Onlar bir irqin (özlərinin) digərlərindən üstün olduğuna inanır və bu doktrinanı qəbul edib onu təbliğ edir. (Qarabağı və Azərbaycanın digər rayonlarını işğal edən ermənilər “qələbələrini” onların üstün irqdən gəldiklərinə bağlamışdılar). Deməli, üç əsr əvvəl Venesiyada əsasən kitablar və qəzet-jurnal nəşr edib ermənilərin toplu halında yaşadıqları bölgələrə göndərərək onları başqalarından fərqli olmağa inandıran mxitarizm öz işini görmüşdü.
Özlərinin etnik dəyərlərini tək meyar olaraq təyinetmə (etnik mərkəziyyətçilik), fərqlilik qorxusu (zenofobi) əsasında yaradılmış millətçilik bir sistem, ideoloji düşüncə olaraq yalnız erməni millətinə aid idi. İrqlər arasında birləşmələrə və əlaqələrin olmasına qarşı çıxmaq və millətçilik kimi anlayışları da özündə ehtiva edirdi. Onu ictimai ayrı-seçkiliyin, irqlər arasında fərqliliklərdən soyqırıma qədər gedə bilən bir doktrina halına gətirib çıxarmaq üçün ermənilərə iki-üç əsr kifayət etdi. Hazırda bu milli ayrı-seçkilik anlayışı erməni dövlətinin doktrinasına tamamilə uyğundur. Bu sistemə görə, erməni irqçiliyi, ümumi xətləri ilə araşdırıldıqda, bu qanı daşıyan, eyni dildə danışan və eyni soydan gələnlərin başqa soyların nümayəndələrindən üstün hesab edilir. Avropalıların Amerikanı kəşf etməsindən sonra Afrika mənşəli xalqları kölə kimi satışa çıxaran, özünə tabe edən amerikalılar başda olmaqla irqçi anlayışı o dövrdə normal qarşılansa da, günümüzdə mənfi qiymətləndirilir. Özlərini başqalarından fərqli və üstün görmək xəstəliyi Ermənistanda bu gün də normal haldır.
Torpaqları genişləndirmək şüarı ilə hakimiyyətə gəlmiş Ermənistan Respublikasının ilk prezidenti Levon Ter-Petrosyan ölkəsində irqçiliyin geniş yayıldığını etiraf etmiş və bunun milləti məhvə aparacağını demişdi: “…Ermənilər inandılar ki, əgər Almaniya 1930-40-cı illərdə bir müharibə başlasa, o zaman, bu, mütləq Türkiyəyə qarşı olacaq”. Artsruninin davamçısı olan Njdenin bir məqsədi var idi – Türkiyəyə qarşı çıxmaq və ona qarşı döyüşəcək güclü tərəfin yanında olmaq. 1927-ci ildən bəri onun təlimində iki söz ortaya çıxdı: etnik ayrı-seçkilik və “tsexakronizm-irqçilik”... O deyirdi ki, yeni dövlət qurarkən biz bu məfhumların heç birindən imtina edə bilmədik. Çünki bunlar müasir Ermənistanın həyat tərzinə çevrilmişdi.
Ter-Petrosyan etiraf edir ki, bugünkü Ermənistanın rəsmi ideologiyası ermənilikdir. Onlar buna “hayutyun” (“հայություն”) deyirlər. Elmi ədəbiyyatda onu “armenizm” də adlandırırlar. Bir çox araşdırmaçılara görə, ermənilik (armenizm) hay toplumu üçün mükəmməl ideologiya sayila bilməz. İdeologiyanı konkret şəxslər formalaşdırır və sonra toplumun malı edirlər. Ermənistan dövlətinin başında duran adamlar açıq deyirlər ki, ideologiyamız Andranik Ozanyanın mübarizəsinə söykənir və Garegin Njdenin yaratdığı təlimlə şəkillənir. Haradasa haqlıdırlar. Uzun illər ermənilər Andranikizm ideologiyası ilə nəfəs almışlar. Njdenin ötən əsrin 30-cu illərində yaratdığı və faşizmə söykədiyi “Tsexakronutyun” adlanan təliminin Ermənistanın rəsmi dövlət ideologiyası kimi qəbul edilməsi onu göstərdi ki, hələ erməni millətinin ciddi, bəşəri humanizmə söykənən ideologiyası yoxdur. “Türk düşmənçiliyi” bu ideologiyanın əsasıdır. Erməni təfəkkürü bu düşmənçiliyin gətirdiyi fəlsəfə ilə ideal seçir. Ermənilər üçün “Vətənin xilaskarı”, bizim üçün isə bir faşist, türk düşməni olan Njde “Həbsdən məktublar”ında erməni millətinin mövqeyini müəyyənləşdirmişdi: “Kim Türkiyə ilə bərabərdirsə, o, mənim millətimin və tarixi ərazi haqqımızın düşmənidir. Elə bir düşməndir ki, heç bir Tanrı mənimlə onları barışdıra bilməz. Bu, mənim siyasi mövqeyimdir”.
Bugünkü erməni cəmiyyəti bu prinsipi özünün həyat kredosu, mübarizə vasitəsi sayır. Bu, həm də Ermənistan dövlətinin ideoloji xəttidir. Ermənilər həmin xətdən heç cür imtina edə bilmirlər. Çünki bəşəri dəyərləri özündə ehtiva edən ideyaya sahib deyillər. Onların belə bir ideyası heç vaxt olmayıb. Bundan əvvəlki hakimiyyətin, yəni Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan Respublikaçılar partiyasının rəsmi ideologiyası Njdenin irəli sürdüyü təlim – “tsexakronizm” idi. Partiyanın emblemi də tsexakronçularla faşistlərin ortaq emblemi idi. Ondan əvvəlki hakimiyyətlərin də hədəfindəki düşmən “türklər”, yəni Azərbaycanda, Türkiyədə və ya başqa yerlərdə yaşayan insanlar olublar.
Buna görə də Ermənistanda təbliğat və rəsmi ideologiya səviyyəsində hökm sürən, belə demək mümkünsə, azərbaycanafobiya haqqında danışarkən, əsas diqqəti bu düşüncənin məmurlar tərəfindən qoyulduğuna çəkmək lazımdır: millət vəkilləri, dövlət adamları, ölkə prezidentinə qədər müxtəlif səviyyəli məmurlar Azərbaycana nifrət toxumlarını səpməkdə davam edirlər. Hər gün Ermənistan mətbuatı Azərbaycanı ləkələmək, onun yaxşı işini pisləməklə məşğuldur. Hay alimləri, politoloqları Azərbaycanı ittiham etmək üçün yarışa giriblər. Bu ölkədə Azərbaycana nifrət hisslərinin əsas tədarükçüsü və qanunvericisi rəsmi dövlət orqanları, dövətin yürütdüyü siyasətdir. Bunun özü isə ənənəvi tarixi düşmənçiliyə söykənən təbliğatın şəklidir. Bu tablo artıq neçə əsrdir ki, dəyişmir. Maraqlıdır ki, onların zehinlərində və hərəkətlərində utanmaq hissi yoxdur. Azərbaycan və Türkiyəyə qarşı təcavüz və dözümsüzlüyü yayan insanlar burada ən hörmətli adamlar sayılır, “millətin qaymaqları” hesab edilirlər.
(ardı var)
Qafar Çaxmaqlı,
XQ-nin Türkiyə müxbiri