Mark Rutte Ukraynaya gəlib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

NATO-nun baş katibi Mark Rutte Ukrayna paytaxtına səfərə gəlib. Baş katibi paytaxtın dəmir yolu stansiyasında xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.

Bu barədə 3 iyun tarixində “Ukrzaliznitsa” məlumat yayıb.

Bununla bağlı bəyanatda deyilir: “Bu gün NATO-nun baş katibi Mark Rutteni Kiyevin dəmir yolu stansiyasında qarşılamaqdan məmnunuq. Bu səfər, əvvəlki bütün səfərlər kimi, son dərəcə vacibdir, çünki bu, alyansın ölkəmizə verdiyi həmrəylik və dəstək jestidir”.

Lakin bir müddət sonra Ruttenin gəlişi ilə bağlı xəbər “Ukrzaliznitsa”nın sosial mediasından silinib.

P.ƏMİRCANOV
XQ

Dünya