Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Cənubi Koreyaya rəsmi səfər edəcək.
XQ xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, nazir Fidan "Altay Tank" layihəsinin nümayiş etdirdiyi əməkdaşlıq nümunəsinə əsaslanaraq, görüşləri zamanı müdafiə sənayesində mövcud tərəfdaşlıq potensialını qiymətləndirəcək, PUA və UCAV sistemlərini, eləcə də digər potensial birgə layihələri müzakirə edəcək.
Həmçinin, Hakan Fidanın Cənubi Koreya xarici işlər naziri Ço Hyunla görüşməsi və Koreya Universitetində keçiriləcək konfransda çıxış etməsi planlaşdırılır.

