Azərbaycan ilə İran arasında milli təhlükəsizliklə bağlı fikir mübadiləsi

post-img

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov yanvarın 8-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb. 

Bu barədə Azərbaycanın Təhlükəsizlik Şurası məlumat yayıb. Bildirilib ki, görüşdə Prezidentin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İranın ölkəmizdə  müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan da iştirak ediblər.

Görüşdə milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya, transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə məsələləri müzakirə olunub.

İran İslam Respublikasının nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

XQ

 

Siyasət