Vətən müharibəsinin xronikası: 18 oktyabr

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi, təxminən, 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

• Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Prezident İlham Əliyev bunu özünün rəsmi “Twitter” səhifəsində bildirib. Paylaşımda qeyd edilib: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

• Birinci vitse-prezident Mehriban Əliyeva Fü zuli ş əhərinin və Fü zuli rayonunun bir sıra kəndlərinin işğ aldan azad edilməsi ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib. Paylaşımda bildirilib: “Azərbaycan Ordusunun növbəti qələbəsi! Fü zuli ş əhəri və Fü zuli rayonunun bir sıra kəndləri işğ aldan azad edilib. İ llər boyu bir ç ox soydaş ımız Vətən həsrəti ilə yaş ayıb! Nə qədər həmvətənimiz doğ ma diyarını heç olmasa bir dəfə də olsun yenidən gö rmək arzusunda idi! Bu gü n bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğ aldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keç irir. Bu, ədalətin təntənəsidir! Ona gö rə ki, bu yerlər bizim doğ ma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağ lamlığ ı üçü n dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

• İşğaldan azad olunan Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb.

• Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib: “Hazırda əməliyyat şəraiti tam olaraq bölmələrimizin nəzarəti altındadır. Düşmənə xəbərdarlıq edirik ki, Ermənistan ordusu humanitar atəşkəs rejiminə məhəl qoymadan əməliyyat bölgəsində yenə gərginlik yaratmaqda davam edərsə, ordumuz tərəfindən daha kəskin şəkildə adekvat cavab tədbirləri görüləcək. Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa, Ali Baş Komandanın qarşıya qoyduğu istənilən döyüş tapşırığını vaxtında və tam olaraq icra etməyə hazırdır”.

Müdafiə Nazirliyinin mətbuat katibi daha sonra qeyd edib ki, son sutka ərzində düşmən ağır itkilərə məruz qalıb. Belə ki, düşmənin 2 ədəd S-300 ZRK, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç” yaylım atəşli raket sistemi, beşdən çox tank, bir neçə haubitsa və zenit topları, o cümlədən avtomobil texnikaları və xeyli sayda canlı qüvvəsi bölmələrimiz tərəfindən məhv edilib. Uğurlu əməliyyatlar nəticəsində Füzuli ərazisində düşmənin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib. Bu hərbi hissədə olan bütün texnikalar, döyüş sənədləri hərbi qulluqçularımızın əlindədir.

Anar Eyvazov vurğulayıb ki, humanitar atəşkəs qətiyyən sülh demək deyil. Ali Baş Komandanımızın göstərişinə əsasən, Azərbaycan Ordusu hazırda əməliyyat ərazisində humanitar atəşkəs rejimini tam təmin etməklə, cəsədlərin toplanılması, eyni zamanda, tərəflərdə olan əsirlərin dəyişdirilməsi üçün lazımi şəraiti yaratmaqdadır. Təəssüf ki, Ermənistan tərəfi humanitar atəşkəs rejiminə məhəl qoymadan işğaldan azad edilmiş əraziləri, o cümlədən Cəbrayıl şəhərini dəfələrlə ağır artilleriya və minaatanlardan atəşə tutur. Həmçinin Azərbaycan–Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində – Tovuz, Daşkəsən rayonlarında Azərbaycan Ordusunun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulur. Bundan başqa, Ermənistan ordusu humanitar atəşkəs rejiminin yenidən elan olunduğu dövrdən bəri Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçməyə cəhd göstərib. Bütün hallarda Ermənistan ordusunun bölmələri Silahlı qüvvələrimiz tərəfindən qətiyyətlə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

• Saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələrinin “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə yerləşdirdiyi xüsusi təyinatlıların Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmasını əks etdirən videogörüntüləri paylaşıb.

• Fövqəladə Hallar Nazirliyi Gəncədə düşmənin raket zərbələri nəticəsində dağılan binada axtarış-xilasetmə işlərinin yekunları barədə məlumat yayıb. Məlumata görə, dağıntılar altından xəsarət almış 53 nəfər və 13 cəsəd çıxarılıb.

• Azərbaycanın Müdafiə Nazirliyi Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnika və silah-sursatın foto və videogörüntülərini paylaşıb.

• Saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib.

• Cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna atılan raket Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib.

XQ



Siyasət