Ermənistanın anti-Rusiya siyasətinin təhsil xətti

post-img

Yaxud “oturduğu budağı kəsmək” mərəzi

Ermənistandakı anti-Rusiya ab-havasının özünü sözdə deyil, əməli tədbirlərdə göstərdiyi ən mühüm sahə təhsildir. Belə ki, ölkənin orta məktəb kurikulumunda rus dilinin tədrisi kəskin şəkildə azaldılıb. Mövcud istiqamətdəki ən mühüm tədbirlərdən biri də Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən həyata keçirilməkdədir. Nazirliyin təzəcə dərc etdiyi sirkulyara görə, yeni dərs ilindən rus dili fənninin məktəblilər üçün məcburiliyi dayandırılıb.

Qeyd edək ki, yeniliyə görə, orta mək­təblərdə rus dili cəmi dörd il icbari ola­caq. Daha dəqiq desək, 4, 9, 10 və 11-ci siniflərdə. Qalan siniflərdə isə şagirdlər onu yalnız xarici dil kimi seçə biləcəklər. Hələlik kurikulumun necə tərtib ediləcəyi ilə bağlı seçim məktəblərin özünün ixtiya­rındadır. Lakin ekspertlər artıq hesab edir­lər ki, yenilik gələcəkdə rus dilinin orta təhsil müəssisələrindən tədricən sıxışdırıl­masına, yekunda tamamilə çıxarılmasına səbəb olacaq.

Onu da bildirək ki, Janna Andreasya­nın rəhbərlik etdiyi Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi son vaxtlar davamlı anti-Rusiya təşəbbüslərinə imza atır və qurumun tədbirləri cəmiyyət­də söz-söhbətlər, o cümlədən, qalmaqallar doğurur. Məsələn, nazirlik “Erməni tarixi” fənninin adını “Ermənistan tarixi” adlandı­rıb. Ölkənin şovinist dairələri bu adlandır­manın ümumi kontekstdən və məzmundan kənar mahiyyət daşıdığını vurğulayırlar. İctimai rezonansın motivi də elə budur.

Ən başlıca narazılıq doğuran məqam­lardan biri də məktəb dərslikləri proqra­mından “Erməni apostol kilsəsinin tarixi” fənninin ümumiyyətlə çıxarılmasıdır. Er­mənistanda hələ də ciddi təsirə malik kilsə amilinin mövcudluğundan, bu dəyişiklik də bir növ süngü ilə qarşılanmaqdadır. An­caq görünür, erməni iqtidarının anti-kilsə köklənişi daha güclüdür və məsələyə heç bir əhəmiyyət verilmir. Əksinə, hazırda Ermənistanda kilsənin və din xadimləri­nin açıq söyüşlərlə, aşağılayıcı ifadələr­lə təhqiri adi hal alıb. Hətta, ölkədə dini diskriminasiyanın da həyata keçirildiyini söyləmək mümkündür. Axı Erməni apos­tol kilsəsinın, ümumən din amilinin Rusi­ya ilə bağlılıq faktoru var. 

Əlqərəz, erməni hakim dairələrinin anti-Rusiya təmayülü məsələsində özünü təhsil sistemində göstərən daha bir “yeni­liyi” isə Rusiyanın Ermənistanın işğalında ittiham olunmasıdır. Belə ki, bu cəfəngiy­yat orta məktəblərin yeni tarix dərsliklə­rinə salınıb. Məlum olduğu kimi, məsələyə Rusiyanın Xarici İşlər Nazirliyi də reaksi­ya verib. Nazirlik reaksiya ritorikasında, sadəcə, tarixi yada salıb. O tarixi ki, orada Qafqazın erməni varlığının çar Rusiyası tərəfindən formalaşdırıldığı gerçəyi var. Məlumdur ki, ermənilərin bölgəyə kö­çürülmələrinə 1830–cu ildən sonra, daha dəqiq desək, 1826–1828-ci illərin Rus–İran müharibəsindən sonra başlanılmış və nəticə etibarilə Cənubi Qafqazda ermə­ni vilayəti yaradılmışdı. Zamanla onun ərazisi qonşu xalqların əraziləri hesabına böyüdülmüş, nəhayət 1918-ci ildə həmin vilayət dövlətə çevrilmişdi. Dövlətin tarixi Azərbaycan, yəni türk torpaqlarında təşək­kül tapması da danılmaz faktdır. Deməli, Rusiya XİN-in etirazı tam haqlıdır. 

Bir məqamı da vurğulayaq. Deməli, bəzi erməni siyasi və ictimai xadimləri ölkənin orta məktəb, yəni tarix dərsliklə­rində erməni yer adlarının türk adları ilə əvəz olunduğunu da vurğulayır və təhsil siyasətini həyata keçirən dövlət qurumunu məhz bu səbəbdən də qınayırlar. Yada sa­laq ki, qınaq tədbirlərindən ən yaddaqalanı bir müddət əvvəl Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qarşısında keçirilmiş davamlı piketlər idi. Ancaq həmin piket­lərin heç bir nəticəsi olmamış, dəyişiklik qüvvəsində qalmışdı.

Ermənistanın siyasi ekspertləri ölkə­nin təhsil sistemi ilə bağlı sadaladığımız yeniliklərin və tendensiyaların təəccüblü olmadığını vurğulayırlar. Onlar düşün­cələrini nazir Andreasyanın baş nazir Ni­kol Paşinyanın komandasının digər üzvlə­ri kimi, Açıq Cəmiyyət İnstitutu – Soros Fondunun ekspertlər qrupundan çıxması ilə əsaslandırırlar. Narazılığa köklənmiş bu şəxslər bildirirlər ki, Andreasyan hələ 2018-ci ildən əvvəl Soros Fondunun er­mənilərə LGBT və dini azlıqlar haqqında məlumat verən təhsil layihələrində işti­rak edib. Onlar, həmçinin hazırda şübhə­li keçmişə və təcrübəyə malik rəsmilərin Ermənistanın suverenliyini sarsıdan bütöv idarələrə rəhbərliyi həyata keçirmələrinə görə hiddətlərini gizlətmirlər.

Sonda bir daha anti-Rusiya təmayü­lü barədə. Erməni ekspertlər onu da bil­dirirlər ki, dil problemini “həll etmək” cəhdi Qərb agenturasının keçmiş sovet respublikaları ilə Rusiya arasında mədəni əlaqələri kəsmək üçün postsovet məka­nında gerçəkləşdirdiyi ənənəvi kursdur. Ancaq onlar Ermənistan məsələsində bir haqlı məqamı da qabardır və deyirlər ki, hazırda ölkənin iqtisadiyyatı Rusiyadan çox asılıdır. Rəsmi İrəvanı anti-Rusiya yö­nümlü siyasət aparmağa təhrik edən Qərb isə bu siyasətdəki real seqmentə, yəni iqti­sadiyyata heç bir tutarlı investisiya yatır­mır. Nəticə etibarilə, Moskvadan iqtisadi asılılığın aradan qaldırılması mümkün olmur. Belə olan halda sual yaranır: Rəs­mi İrəvanın anti-Rusiya siyasətinin təhsil seqmenti aktiv olacaqsa, müvafiq şəkildə rus dili sıxışdırılacaqsa, Ermənistan Ru­siyaya bağlı iqtisadiyyatında necə təmsil olunacaq? Yaxud, ümumiyyətlə, təmsil oluna biləcəkmi? Axı təmsilçilik üçün dil bilgisi mütləqdir. Amma hər sahədə döv­lətin mənafelərini nəzərə almayan, strateji düşünmək imkanından məhrum Paşinyan və onun iflic komandası üçün diqqətə çat­dırdığımız sualların heç bir əhəmiyyəti yoxdur. Nə deyək, heç olmasın. Ağacın üstündə oturduqları budağını kəssinlər. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət