Erməni millətçiliyinin təməl prinsipləri

post-img

(əvvəli https://xalqqazeti.az/az/siyaset/189836-ermeni-milletciliyinin-temel-prinsipleri)

Hayların irqçilik doktrinası  

Erməni  millətçiliyi   müxtəlif insan irqləri arasındakı bioloji fərqliliklərin toplu halında və ya fərdi olaraq ortaya çıxdığını iddia edir. Bir irqin (əksəriyyətlə öz irqinin) başqalarından üstünlüyünə və onlara hökm etməyə haqqı olduğuna duyulan inanc doktrinada öz ifadəsini tapır (xüsusən Dağlıq Qarabağ və digər Azərbaycan rayonlarının işğalından sonra ermənilər  qazandıqları “qələbələri” onların üstün irqdən olduqlarına bağlamışdılar). Deməli, 3 əsr əvvəl Venesiyada əsasən kitablar və qəzet-jurnal nəşr edib ermənilərin toplu halında yaşadıqları bölgələrə göndərərək onları başqalarından fərqli olmağa inandıran mxitarizm öz işini görmüşdür.   

Öz etnik mədəniyyət dəyərlərini tək meyar olaraq təyinetmə (etnik mərkəziyyətçilik), fərqlilik qorxusu (zenofobi) əsasında yaradılmış bir millətçilik sistemi idi ve ideoloji düşüncə olaraq yalnız erməni millətinə aid idi.  İrqlər arasında birləşmələrə və əlaqələrin olmasına qarşı çıxmaq və millətçilik kimi anlayışları da özündə ehtiva edirdi.  Onu ictimai ayrı-seçkiliyin, irqlər arasında fərqliliklərdən soyqırıma qədər gedə bilən bir doktrina halına gətirib çıxarmaq üçün ermənilərə iki-üç əsr yetərli oldu və indi bu milli ayrı-seçkilik anlayışı  erməni dövlətinin doktrinasına tamamilə uyğundur.   Bu sistemə görə isə erməni irqçiliyi öz qanını daşıyan, eyni dili danışan və eyni soydan gələnlərin başqa soylardan gələnlərin aşağılanması hesab edilir. 

Avropalıların Amerikanı kəşf etməsindən sonra, Afrika mənşəli xalqları  kölə adı altında alıb satışa çıxaran, özünə tabe edən amerikanlar başda olmaqla irqçi anlayışı o vaxt normal qarşılansa da, indi mənfi qiymətləndirilir. Özlərini başqalarından fərqli görmək isə Ermənistanda bu gün normal haldır.  Erməni irqi ayrı-seçkiliyinə aid yüzlərlə misal çəkmək mümkündür. Hayların tarixçisi Aleksandr Varpetyanın “Erməni xalqının arilərdən doğuşu”  məqaləsində bu xəstə  təxəyüllü erməniyə  görə, “Arilər 20 min il əvvəl “Erməni dağlar dünyasında” (belə bir ifadə işlədilir) yaranmağa başlamış və onlar Kiçik Asiyadan  Yaponiyaya qədər ərazidə iz buraxmışdır. Atları əhliləşdirən, qoyunçuluğu da inkişaf etdirən arilər–ermənilər olmuşlar. Erməni dilində olan “Ayrutsi” kəlməsi də o zamandan qalmışdır. “Arman”, “erməni” kəlmələri də o zamandan qalmışdır. Ari sözündən “Ayrarat” (Ararat) törəmişdir və s.

Daha sonra bu adam iddia edir: “Arilərə aid edilən  “Ram” önünə bir  “A” əlavə edilməsilə  “Aram”  kəlməsi ortaya  çıxmışdır. “Arat” isə  guya, Ari dilində “Allahın oğlu” deməkdir. Ermənistanda “Arustam” kişi adı var, farslarda bu “ Rustam”dır. Bundan da görünür ki,  farslarla ermənilər eyni kökdən gəlirlər. Xristianlığı da, buddizmi də arilər yaratmışlar”.

Bu “xəstələrdən” biri olan Varpetyan “Alamani” (Almaniya) adını da armani (erməni) adı ilə  başlamağa çalışır. Almanları da farslar, hindlilər kimi ermənilərin əmioğlusu aldlandırır və erməni millətçi şairlərdən olan  Paruyr Sevakdan bir misal da çəkir: “Dünyada sizin əvvəlinizin məhsulu olan digər ermənilər də vardır”. Bu ermənilər isə ari ermənilərdən törəmiş yunanlardır, almanlardır, basklardır, farslardır, kürdlərdir, hindlilər, ruslardır. Sonra Varpetyan ustalıqla “ari irq”in, yəni ermənilərin yayılma  coğrafiyasını “cızır”. Onların bir hissəsi Kiçik Asiyaya yayılmış, bir hissəsi isə necə olmuşsa Avropaya getmişdir.  Yerlərdə, qonşulardan  heç kəsə, heç bir millətə qarışmadan 
(ali-­ari  irqidirlər axı!) kiçik qruplar halında yaşamışlar. Əsas məskənləri Mərkəzi Asiya olmuşdur, Hindistana gələrək burada bəzi millətlərin  yaranıb formalaşmasında üstün rol oynamışlar. 

Varpetyanın sözündən belə çıxır ki, hind və farslar ermənilərlə qohumdur. Arilər Xəzər dənizindən üzüyuxarı Rusiyaya getmələri  nəticəsində ruslar içərisində də “toxum səpmişlər”. Nəticəyə baxın: Böyük Ermənistanla Rusiyanın yaxın münasibətləri qandan gəlir. Sən demə, erməni ari irqi rusların da millət  kimi  yaranmasında və yetişməsində mühüm rol oynamışdır. Hindistanda yayğın olan “Ram” və ya “Ran” adı arilərə verilən ümumi addır. Bu adı  Ermənistanda “Rant” və ya “Hrant” olaraq tələffüz etmişlər. “Ram” və ya “Ran” ilk “ari” lərdir. Onun fikrincə, Arilər Şərqdə kök salandan sonra onları Avropanı xilas etməyə gətirmişlər. Almanlar, yunanlar, yəhudilər, kürdlər, basklar arilərdir. Əlbəttə bunlardan daha öncə isə erməni arilər farsları, hindləri və rusları ariləşdirmişlər. Baxın bu gün ermənilərin işinə kim yarayırsa  onlar arilərdir. Amma onlar yalnız erməni arilərdən törəyənlərdir, yəni ikinci sort arilərdir...

Göründüyü kimi, burada türklərin adı belə çəkilmir, həmin tarixlərdə dünyanın ən qüdrətli  imperiyalarını yaratmış türklər sanki  heç olmamışlar. Ermənilərin bu sayaq tədqiqatları ciddi elmi ictimaiyyətdə gülüş doğursa da və onun heç bir elmi əsasının olmadığı kəskin şəkildə tənqid edilsə də “bu tədqiqatlar” dövlət səviyyəsində yürüdülməkdədir. Şərqdə, İslam coğrafiyasında özünün mənfur hərəkətləri ilə təklənəcəyindən qorxan Ermənistan  milli  ideologiyasına bunları da əlavə etməyi unutmur. Hindlilərin, farsların və rusların ari irqindən gəldiyini deməklə bu ölkələri özünün müdafiəçisinə çevirmək istəyir.

Avropada isə almanların ətəyindən yapışır. Yəhudiləri “arilərdən” saymayan  Varpetyan  onları digər millətlərin (yəqin ki, türklərin) casusu adlandırır. Yunanlara gəlincə deyir ki, erməni-yunan işbirliyi dünyaya nümunədir. 

(ardı var)

Qafar ÇAXMAQLI, 
XQ-nin Türkiyə müxbiri 

 

Siyasət