Fransa əsarətinə qarşı Bakı Qurultayı

post-img

Bu gün Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci Qurultay keçiriləcək.

“Fairmont” hotelində baş tutacaq Qurultayın ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Niderland koloniyaları olan Bonayre və Sən-Martin adalarından 3 təşkilat Qurultayın işində fəxri qonaq qis­mində iştirak edəcək.

İki gün davam edəcək Qurultay işti­rakçı tərəflərə müstəqillik uğrunda mü­barizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa kolo­nializminə qalib gəlmək üçün nəticəyö­nümlü fəaliyyətin əlaqələndirilməsinin yollarını müzakirə etmək imkanı yarada­caq. 

Qeyd edək ki, Bakı Təşəbbüs Qru­pu artıq bir ildir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. Bu xüsusda, BTQ tərəfindən ar­tıq 15-dək beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qərargahlarında, biri İstanbulda, digərləri isə Bakıda təşkil olunub.

XQ

Siyasət