Astana Bəyannaməsi: Xəzərdən Çin səddinədək

post-img

Müstəqil Azərbaycan dövlətinin Çin Xalq Respublikası ilə əlaqələrinin genişləndirilməsi ölkəmizin yeni tarixi yüksəlişi mərhələsində müasir inkişafın təmin edilməsinə təkan verəcək əhəmiyyətli hadisədir. İnkişafın Çin modelinin dünya brendinə çevrildiyi indiki şəraitdə Pekinlə əlaqələrin inkişafında yeni addımların atılması Prezident İlham Əliyevin Azərbaycanı inkişaf etməkdə olan ölkədən qabaqcıl dövlətlərin səviyyəsinə çatdırmaq istiqamətində həyata keçirdiyi mühüm strateji gedişdir. Xüsusən, Çin Xalq Respublikasının süni intellekt, rəqəmsal inkişaf, smart texnologiyaları, robot modelləri kimi ən müasir sahələr üzrə dünya birincilərindən olması ölkəmizdə Prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə keçirilmiş andiçmə nitqində ön mövqeyə çəkilmiş texnoloji inkişaf paradiqmaları əsasında inkişafı üçün yeni əməkdaşlıq imkanları yaradacaqdır. Bundan başqa, Azərbaycan Respublikası nəqliyyat-logistika strategiyasının Çin Xalq Respublikasının “Bir kəmər – bir yol” layihəsi ilə bir-birini tamamlaması da orta nəqliyyat dəhlizinin yaradılması üçün birgə səylərin inkişaf etdirilməsinə meydan açacaqdır.

Bütün bunlara görə Prezident İlham Əliyevin ÇXR lideri Si Sinpinlə görüşü zamanı müzakirə etdiyi məsələlər dövlətlərarası əlaqələrin daha da möhkəmləndirilməsinə uğurla xidmət edir. Astana şəhərində 2024-cü il iyulun 3-də imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə Bəyannamə”də öz əksini tapmış müddəalar ölkələrimizin bütün əsas inkişaf istiqamətləri üzrə səmərəli əməkdaşlıq layihələri hazırlayıb həyata keçirmələrinə tam təminat verir. Məsuliyyətlə demək olar ki, Azərbaycan– Çin əməkdaşlığı haqqında Astana Bəyannaməsi yeni tarixi şəraitdə dövlətlərimiz arasındakı əlaqələrin mükəmməl yol xəritəsidir. 

Bu bəyannamə beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaradan təhlükələrə qarşı birgə mübarizə aparmaqdan başlayaraq, ölkələrimizin hakim partiyaları, qanunverici orqanları, hökumətləri arasında əməkdaşlığın möhkəmləndirilməsini dəstəkləməkdən və ticarət-iqtisadi münasibətlərini, sənayeləşməni və investisiya əməkdaşlığını daha da genişləndirməkdən tutmuş  regionlararası əlaqələrin genişləndirilməsinə, media sahəsində mübadiləyə qədər bütün sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər açır. in tərəfinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin – Orta Dəhlizin salınmasını dəstəkləməsinə dair müddəaların Astana Bəyannaməsində yer alması geniş mənada “Bir kəmər – bir yol” çərçivəsinin əhatə etdiyi bütün sahələrdə əməkdaşlığın meydanının genişləndirilməsinə tam təminat verir. Bütün bunlara görə Astana Bəyannaməsi Azərbaycanla in arasında imzalanmış ilk strateji tərəfdaşlıq müqaviləsi kimi mühüm tarixi əhəmiyyətə malikdir. Bu, Azərbaycan Respublikasının müstəqillik dövründə xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük təməllərini yaratdığı Azərbaycan– Çin əlaqələrinin yeni inkişaf mərhələsinə çatdırılmasına təminat verən və bir çox mühüm istiqamətlərdə birgə fəaliyyət göstərməyə meydan açan strateji inkişaf proqramıdır. Astana Bəyannaməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindən sonra ölkəmizdə başlamış yeni tarixi dövrün mükəmməl bir bələdçisidir.

Astana Bəyannaməsində elm, texnologiya, mədəniyyət, media və informasiya, turizm və idman sahələrində əməkdaşlığın tərəqqisinin fəal surətdə təşviq edilməsi bu zəruri sahələrdə də ölkələrarası çoxcəhətli əlaqələri inkişafın yeni mərhələsinə çıxarmağa şərait yaradır. in Xalq Respublikası ilə imzalanmış Astana Strateji Tərəfdaşlıq Bəyannaməsi ölkələrimiz arasında qarşılıqlı inteqrasiya baxımından indiyə qədər  atılmış addımları, formalaşmış davamlı və dayanıqlı əlaqələri daha da möhkəmləndirmək və yeni tarixi dövrün reallıqlarına uyğun olaraq hərtərəfli şəkildə inkişaf etdirmək üçün geniş üfüqlər açır. Bu baxımdan hazırda Azərbaycan Milli Elmlər  Akademiyasında in Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Elmlər Akademiyası, Konfutsi İnstitutu,  Biomüxtəliflik və Yaşıl Dünya Fondu, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti ilə imzalanmış memorandumlar, həyata keçirilməsi davam etdirilməkdə olan qarşılıqlı layihələr, birgə elmi konfransların təşkili elmi-mədəni əməkdaşlığın möhkəm təməllərini təşkil edir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən in Ədəbiyyatı Mərkəzi və dil hazırlığı kursu akademiya üzrə geniş elmi-mədəni tədbirlərin hazırlanıb keçirilməsinə mühüm töhfələr verir. 

Hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çapda olan “Azərbaycan şairlərinin Çin haqqında şeirləri antologiyası” bu inkişaf etmiş dünya nəhənginə həsr olunmuş ilk külliyyat kimi mühüm əhəmiyyətə malikdir. Akademiyada “ Çin ədəbiyyatında arxeotiplər” mövzusunda hazırlanmış fəlsəfə doktorluğu dissertasiyası da in ədəbiyyatının sistemli şəkildə araşdırılıb öyrənilməsində ilk addımlardan biri kimi mühüm əhəmiyyətə malikdir. Ədəbiyyat İnstitutundakı in Ədəbiyyatı Mərkəzinin nəzdində fəaliyyət göstərən dil hazırlığı kursunda indiyədək akademiyanın müxtəlif elmi-tədqiqat institutlarında çalışan on bir nəfər əməkdaşı in dilini öyrənmiş, onlardan bir nəfəri Çin Xalq Respublikasının “ Çin dili xaricdə” proqramını həyata keçirən Anxoy Universitetində yüksək dil kurslarında iştirak edərək sertifikat almışdır. in Sosial Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun professoru Huanq Zh Onqxianqın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təcrübə keçməsi də elmi əlaqələrimizin yeni səhifəsidir. 

Bu ilin iyun ayında in Xalq Respublikasının Siçzyaçjuan şəhərində Hebey Pedaqoji Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdiyi “Xəzərdən inə: ədəbiyyat, texnologiya və sosial həyat” beynəlxalq elmi konfransı humanitar elmlər sahəsində elmi əlaqələrimizin yeni tarixi dövrdəki mühüm hadisələrindən biri hesab oluna bilər. Dünyanın on bir ölkəsindən gəlmiş yüzdən çox məruzəçinin iştirak etdiyi beynəlxalq konfransda Azərbaycan elmi ən böyük nümayəndə heyəti kimi təmsil olunmuş, alimlərimiz aktual mövzularda elmi məruzələrlə çıxış etmişlər. Tədbir çərçivəsində Hebey Sosial Elmlər Akademiyasının və Hebey Pedaqoji Universitetinin rəhbərlikləri ilə əməkdaşlıq məsələləri geniş müzakirə olunmuşdur. Həmçinin Hebey Sosial Elmlər Akademiyası ilə AMEA arasında əməkdaşlıq Memorandumu imzalanmış, tədbirlər planı müəyyən olunmuşdur. Eyni zamanda, tərəflər  “Xəzərdən Çinə: ədəbiyyat, texnologiya və sosial həyat” məsələlərinə həsr edilmiş elmi konfransın növbəti ildə Azərbaycan Elmlər Akademiyasında keçirilməsi haqqında razılıq əldə etmişlər. 

Bundan başqa, Azərbaycanın və Çinin tarixinə, ədəbiyyatına və mədəniyyətinə aid bircildlik ümumiləşdirilmiş elmi kitabların qarşılıqlı surətdə hazırlanaraq, hər iki ölkənin dilinə tərcümə olunub kitab halında nəşr edilməsi də müzakirə mövzuları olmuşdur. Məhz bu müddəalar Azərbaycan– Çin əlaqələrində yeni bir mərhələnin başlanmasının ilkin addımlarını özündə əks etdirir. Belə ki, bununla Azərbaycanin elmi əlaqələri qarşılıqlı tanışlıqdan və ya ortaq tədbirlərdən birgə elmi layihələrə doğru yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Qarşıda duran əsas vəzifə yeni tarixi mərhələdə ortaq tədbirlərin keçirilməsi ənənəsini davam etdirməklə bərabər, birgə elmi-tədqiqat layihələrinin icrasını daha da inkişaf etdirməkdən ibarətdir. Bu baxımdan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda fəaliyyət göstərən İpək Yolu virtual elmi laboratoriyasının elmi əlaqələr yaratmaq funksiyasını daha da genişləndirmək, ortaq layihələrin formalaşdırılmasına doğru yönləndirmək də fayda verə bilər. Fikrimcə, artıq çap edilmiş “Azərbaycanca–çincə lüğət” də təkmilləşdirilərək yenidən nəşr edilməli və həm də turistlər üçün ayrıca danışıq lüğətləri də hazırlanmalıdır.

Elm və təhsil sahəsində elmi əlaqələrimizdə Azərbaycan Milli Elmlər Akademiyası ilə Pekin Xarici Dillər Universiteti arasındakı əməkdaşlıq xüsusi yer tutur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrə elmi-metodiki dəstək vermək işini öhdəsinə götürmüşdür. Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Şərqşünaslıq İnstitutu, Əlyazmalar İnstitutu tərəfindən hədiyyə edilmiş kitablar əsasında Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasında zəngin bir kitabxana yaradılmışdır. Akademiyanın prezidenti 2018, 2019 və 2024-cü illərdə bu universitetdə Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrin qarşısında Azərbaycan ədəbiyyatı: mərhələlər və simalar mövzusunda mühazirə oxumuşdur. Bu il, 17 iyun 2024-cü il tarixdə Pekin Xarici Dillər Universitetinin rektoru, professor Jia Venjian ilə həmin universitetdə keçirilən görüşdə akademiya ilə əlaqələrin yeni mərhələdəki vəzifələri geniş müzakirə edilmişdir. Müzakirə zamanı Pekin Xarici Dillər Universitetində indiyədək dörd ildə bir dəfə tələbə qəbulu aparılan Azərbaycan dili ixtisasına bundan sonra iki ildən bir tələbələrin qəbul edilməsi barədə razılıq əldə olunmuşdur. Eyni zamanda, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrinin respublikamızın ali məktəbləri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasında da təcrübə keçmələri razılaşdırılmışdır. Həmçinin Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə magistratura təhsili almış məzunlarının doktorantura təhsilinə dəstək verilməsini də Milli Elmlər Akademiyası öz üzərinə götürmüşdür. Heç şübhəsiz, bütün bunlar ində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə mütəxəssis hazırlığında böyük xidmətləri olan fədakar həmyerlimiz,  Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrasının yaradıcısı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyevin fəaliyyətinə böyük dayaq olacaqdır.

Yeri gəlmişkən, qeyd etməyi lazım bilirəm ki, Neftçaladan olan Aqşin Əliyev Şanxay Universitetində bakalavr və magistratura təhsili almışdır. O, Şanxay Universitetində “Çin və Azərbaycan dillərinin morfoloji quruluşunun müqayisəli təhlili” mövzusunda magistr dissertasiyası müdafiə etmişdir. Aqşin Əliyev Şanxay Şərqi Çin Universitetində aspirantura təhsili almış, “Müasir Çin dilində reduplikativ sifətlərin bəzi problemləri” mövzusundakı doktorluq dissertasiyasında da mövzunu Çin, Azərbaycan və türk dilləri ilə müqayisəli şəkildə tədqiq etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Onun postdoktorluq dissertasiyası da “ Çincə-azərbaycanca ikidilli lüğətlərin elmi-nəzəri əsasları” mövzusuna həsr edilmişdir. Aqşin Əliyev inin Nobel mükafatı laureatı Mo Yanın hekayələrini Azərbaycan dilinə tərcümə etmişdir. Bu ilin sentyabr ayında Pekin Xarici Dillər Universitetində keçiriləcək Birinci Çin Azərbaycanşünaslıq konfransının da təşəbbüskarı və əsas təşkilatçısı həmin universitetin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyevdir. Aqşin Əliyev müstəqillik dövründə yetişib formalaşmış tanınmış azərbaycanşünas alimdir və Azərbaycan– Çin əlaqələrinin inkişafına mühüm elmi töhfələr verməkdə davam edir.

Nəhayət, elmi əlaqələrində əldə olunmuş daha bir mühüm nəticəni də qeyd etməyi lazım bilirəm. Azərbaycan Milli Elmlər Akademiyasının tarixində ilk dəfə olaraq ölkəmizin alimlərindən iki nəfəri akademik İ.Həbibbəyli və akademik D.Tağıyev Çin Xalq Respublikası Honkonq Akademiyasının həqiqi üzvü seçilmişlər. Bu, Azərbaycanin elmi əlaqələrində mühüm nəticədir. Bu ilin iyun ayında AMEA-nın prezidenti in Xalq Respublikasına səfəri çərçivəsində Şanxay şəhəri ətrafındakı ofislərində Honkonq Elmlər Akademiyasının rəhbərliyi ilə görüşüb, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişdir. Qarşıdakı sentyabr ayında Çin Xalq Respublikası Honkonq Akademiyasının rəhbər heyətinin Azərbaycana səfəri zamanı Azərbaycan Elmlər Akademiyası ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalanması nəzərdə tutulur ki, bu da öz növbəsində elmi əlaqələrimizin inkişafına müsbət təsirini göstərəcəkdir.

Göründüyü kimi, müstəqillik illərində bütün istiqamətlərdə olduğu kimi, Azərbaycan– Çin elmi əlaqələri sahəsində də mühüm addımlar atılmış, ilkin müsbət nəticələr əldə edilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfəri zamanı ölkələrimiz arasındakı çoxcəhətli əlaqələrin möhkəm təməlləri yaradılmışdır. Xüsusən, görkəmli dövlət xadimi Heydər Əliyevin Çin Sosial Elmlər Akademiyasının alimləri qarşısında yeni müstəqillik əldə etmiş Azərbaycan dövlətinin mövcud vəzifələri haqqında etdiyi dərin məzmunlu məruzə ilə elmi əlaqələrimizin gələcək inkişafının müəyyən edilməsində həlledici addım atılmışdır. Sonrakı dövrlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşündə iştirakı və parlaq nitqində səsləndirilən strateji əhəmiyyətə malik olan fikirlər qarşılıqlı əməkdaşlıq münasibətlərində yeni səhifələrin açılmasına stimul verir. Azərbaycan və Çin liderlərinin görüşü Şanxay Əməkdaşlıq Təşkilatının strateji hədəflərinə dair aparılan müzakirələrin aparıcı istiqamətlərinin müəyyən olunmasına uğurla xidmət edir. Çin Xalq Respublikasının Sədri Si Sinpinin Azərbaycan Respublikasının Prezidenti ilə tarixi görüşü və Astana Bəyannaməsini ölkəmizin əlaqələrində “yeni bir başlanğıc”, Azərbaycanı Çin üçün “yaxşı dost”, “bərabərliyə və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaş” kimi yüksək qiymətləndirməsi ölkələrimiz arasındakı əməkdaşlıq məsələlərində yaxın və uzaq gələcəyə böyük ümidlərlə baxmağa əsas verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri ilə görüşü zamanı ifadə etdiyi aşağıdakı fikirlər qarşılıqlı yüksək etimad üstündə qurulan ölkələrarası əlaqələrin daha intensiv şəkildə inkişaf edəcəyinə dərin inam yaradır: “Bu gün qəbul edilən bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik. Qeyd etmək istəyirəm ki, investisiya əməkdaşlığının perspektivləri artıq əyani şəkildə görünür”.

Həqiqətən də, artıq Azərbaycan– Çin əlaqələrinin daha da genişləndirilməsi sahəsində ilk addımlar atılmışdır. Belə ki, Azərbaycan dövləti yaxın dövr üçün birtərəfli qaydada in vətəndaşlarına münasibətdə vizaların aradan qaldırılmasına dair qərar qəbul etmişdir. Yaxın vaxtlarda Çin tərəfi də Azərbaycan vətəndaşları üçün vizasız gediş-gəlişi təmin etmək məsələsini nəzərdən keçirəcəkdir. Bu, ölkəmizdə həm turizmin və həm də ticarət-iqtisadi əlaqələrin, eyni zamanda, elmi-mədəni əlaqələrin də inkişafında yeni bir dövrün başlanmasının çox mühüm addımlarıdır. Bundan başqa, inin elektromobillər və elektrobuslar istehsal edən BYD şirkətinin Azərbaycanın strateji tərəfdaşı seçilməsi, həmçinin elektromobillərin və elektrobusların birgə istehsalı üçün razılığın əldə olunması da ölkələrarası münasibətlərdə yeni səhifədir. 6 iyul 2024-cü il tarixdə Azərbaycan mətbuatında yayılmış xəbərlərə görə artıq Astana Bəyannaməsində öz əksini tapmış TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz magistralı ilə Çin Xalq Respublikasının 2 yük avtomobilindən ibarət ilk konvoy Qazaxıstanın Kurik limanından Dəniz Nəqliyyat Donanmasına məxsus “Merkuri-1” gəmi bərəsinə yüklənərək Azərbaycana çatdırılmışdır. Çin şirkətinin göndərdiyi yük avtomobilləri Avropa ölkələrinə çatdırılmaq üçün Azərbaycandan Gürcüstana və Türkiyəyə yola salınmışdır. Bu faktlar Azərbaycan– Çin Astana Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalandığı gündən qüvvəyə mindiyini və həyata keçirilməsinə dərhal start verildiyini əyani şəkildə nümayiş etdirir. Atılan ilk addımlar Astana Bəyannaməsinin Azərbaycan– Çin əlaqələrinin geniş miqyasda inkişaf etdirilməsində yeni və mühüm bir mərhələ yaradacağından xəbər verir.

Azərbaycan– Çin əlaqələrinin yeni mərhələsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlanmış yeni tarixi dövrün mühüm hadisəsi və əsas hərəkətverici qüvvələrindən biri olacağını görməyə və göstərməyə  tam əsas verir. Astana Bəyannaməsi bütün istiqamətlər üzrə, o cümlədən də elm, təhsil və mədəniyyət sahəsində yeni hədəflər müəyyən edir. Heç şübhəsiz, müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Xəzərlə məşhur Çin səddi arasında yeni və möhkəm əməkdaşlıq körpüləri quracaq və müasir dövrün daha möhtəşəm inkişafına nail olacaqdır.

İsa HƏBİBBƏYLİ,  

AMEA-nın prezidenti, akademik

 



Siyasət