Azərbaycan Prezidentindən xəbərdarlıq: Revanşizmdən əl çəkin!

post-img

Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın baş katibi Mehmet Süreyya Erin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşündə Azərbaycan–Ermənistan münasibətləri, o cümlədən, Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı bir çox vacib məqamlara toxundu, mühüm mesajlar səsləndirdi. Dövlətimizin başçısının bildirdiyi fikirlərdən yalnız birinin üzərində dayanacağıq. 

Prezident İlham Əliyev vurğuladı ki, 2020-ci və 2023-cü illərin hadisələrindən, yəni 44 günlük müharibədən və lokal xarakterli antiterror tədbirlərindən son­ra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək intihara yaxındır. Ona görə də Ermənistan öz ideologiyasını, cəmiyyət­dəki əhvali-ruhiyyəni dəyişməlidir. Bunu əlahəzrət zamanın tələb etdiyini deyən ölkəmizin liderinin sözlərindən gəlinən qənaət onu deməyə əsas verir ki, əv­vəl-axır bütün proseslər haqqında söz açdığımız məcraya doğru yönələcək. Ən əsası: “Onlar revanşizm ideyalarından ta­mamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir”. 

Bəli, cənab İlham Əliyev son dərəcə vacib məqama toxunur. İlk növbədə onu deyək ki, ha­zırkı Ermənistan hakimiyyətinə qədərki iqtidar müxtəlif manipulyasiyalara baş vurur, Azərbaycanla danışıqlar prosesini uzadırdı. Ancaq bilavasitə müharibəyə səbəb olacaq fikir səsləndirmirdi. Bunu edən baş nazir Nikol Paşinyan oldu. O, Xankəndinin mərkəzi meydanında çıxış edərkən pafoslu şəkildə dedi ki, “Qara­bağ Ermənistandır və nöqtə”. Hökumət rəhbəri, həmçinin Şuşada –Cıdır düzün­də şərab içərək sərxoş olub yerə sərildi də. Belə davranış Azərbaycan xalqının hissləri ilə oynamaq idi və 44 günlük müharibə zamanı Paşinyan etdiklərinin və dediklərinin Ermənistana necə baha başa gəldiyini yaxşı gördü. 

Amma fakt faktlığında qalır ki, Ermə­nistanın hazırkı iqtidarı da əvvəlki haki­miyyətləri kimi erməni xislətinə və xəstə­liyinə uyğun davranış nümayiş etdirmişdi. Hazırda bu mənfur xislətin və sağalmaz xəstəliyin ən mühüm göstəricisi revan­şizm və şovinizmdir ki, Prezident İlham Əliyevin diqqəti məhz ona yönəldərkən müxalif qüvvələrlə yanaşı, Ermənistan iqtidarını da günahlandırması adi məsələ deyil. Çünki 2020-ci ilin müharibəsindən sonra Ermənistan özünü məğlub ölkə kimi aparmadı. Hər fürsətdə çalışdı ki, savaşın yaratdığı status-kvonu dəyişdir­sin. Rəsmi İrəvan döyüş meydanındakı məğubiyyətin əvəzini diplomatik müstə­vidə çıxmağa, itirilmişlərin bərpasına səy göstərdi. 

Paşinyan iqtidarı, həmçinin Qara­bağdakı artıq canını tapşırmış və tarixin arxivinə gömülmüş separatçı rejimi sax­lamaq, beləliklə bölgəni ölkəmizdən qo­parmaq istiqamətində irili-xırdalı tədbirlər reallaşdırdı, Qarabağın erməni əhalisinə beynəlxalq təminat kimi avantüraya baş vurdu. Üstəlik, sürətli silahlanma yolunu tutdu, bölgəyə silah-sursat, hərbi texnika, canlı qüvvə daşıdı, ərazilərimizi minala­dı, diversiya-kəşfiyyat işləri apardı, təx­ribatlar törətdi. Bütün bunlar Ermənistan rəhbərliyinin, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdı­ğını bəyan etməsi fonunda reallaşdı. Bir halda ki, Paşinyan tərəfindən Qarabağ Azərbaycan torpağı kimi tanınırdısa, nəyə görə Ermənistan ordusunun birləş­mələri bölgəni tərk etməmişdilər? Axı bu məsələ həmin Paşinyanın imzasının yer aldığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapmışdı. 

Bəli, Ermənistan rəhbərliyi üçtərəfli bəyanata məhəl qoymadı. Sənədi lazım­sız kağız parçasına çevirdi. Bu gün də çevirməkdədir. Rəsmi İrəvan Naxçıvana maneəsiz, yəni heç bir gömrük, sərhəd yoxlanışı olmadan yola razılıq vermir, bunu ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndirir. Halbuki, Nikol məsələ barədə 2020-ci il noyabrın 10-da düşünməli idi. Siyasət uşaq oyuncağı de­yil. Ortada qeyri-ciddi yanaşma varsa, o zaman Azərbaycan nə üçün Ermənista­na etimad etməlidir? Əslində, Prezident İlham Əliyevin haqqında söz açdığımız görüşdə bildirdikləri, böyük ölçüdə, Bakı­nın İrəvana inanmadığının təzahürüdür. 

Etimadsızlıq və inamsızlıq üçün əsaslar isə bitib-tükənmək bil­mir. Diqqət yetirək, Ermənistan hakimiyyəti 44 günlük müharibədən son­ra beynəlxalq məhkəmələrdə Azərbayca­na qarşı əsassız iddialar irəli sürdü. On­lardan birində belə bir absurd motiv var idi: Ermənistan çalışmışdı ki, Azərbayca­nın işğaldan azad edilmiş Ağdam rayo­nundakı abidələrdən birinin ermənilərə məxsusluğu rəsmi qaydada təsdiqlənsin. Təsəvvür edin ki, torpaq Azərbaycanın, torpağın üzərindəki abidə Ermənistanın. Bu, perspektivə hesablanmış addım idi. Belə düşünülürdü ki, gələcəkdə güclənə­cəkləri təqdirdə məsələni mübahisələn­dirə və deyə bilərlər ki, abidənin üzərin­də dayandığı ərazi də erməni torpağıdır. Yəni, ortada belə bir məkrli niyyət var idi. 

Bəli, Ermənistan Azərbaycana qarşı ərazi iddiasının olmadığını, revanşizmə can atmadığını, şovinizmdən uzaqlığını kompleks tədbirlərlə göstərməlidir. Pre­zident İlham Əliyev bu sırada ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğvindən tutmuş, Ermənistan konstitusiyasının dəyişdirilməsinədək bir sıra məqamla­rı vurğulayır. Erməni cəmiyyətində isə nəyə görəsə bu mövqeni ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirənlər var. Onlar yanılırlar. Unudurlar ki, Azər­baycana erməni separatizminin baş qaldırmayacağına dair təminat lazımdır. Özü də mümkün qədər böyük təminat. Eyni zamanda, bu təminatın verilməsi xüsusundakı fəaliyyət səmimi xarakter daşımalıdır. Səmimiyyətdən uzaq istə­nilən davranış Ermənistan üçün zərərli­dir. Bir halda ki, Azərbaycan özünə pri­oritet sayılan hər şeyi gücü hesabına, qan tökməklə əldə edəcək, deməli İrəvan üçün şərtlər daha da ağırlaşacaq. Bunun dərki üçün siyasi prosesləri dərindən bil­məyə ehtiyac yoxdur. Ortada elementar məntiq, keçilmiş yol var. Prezident İlham Əliyev heç də əbəs yerə bildirmir ki, əgər Ermənistan 2020-ci ildə müharibəyə sə­bəb olmuş vəziyyət formalaşdırmasay­dı, konstruktiv mövqe tutub işğal altında saxladığı əraziləri xoşluqla qaytarsaydı, vəziyyəti indikindən qat-qat yaxşı olar­dı: “Əgər Ermənistan 2020-ci ildə bizim sözümüzə qulaq assaydı və sülh yolu ilə bizim torpaqlarımızı qaytarsaydı, İkin­ci Qarabağ müharibəsinə və antiterror əməliyyatına ehtiyac qalmazdı”.

Sonda onu da deyək ki, dövlə­timizin başçısı hazırda Ermə­nistan hakimiyyətinin yaxın keçmişdə yaşananlardan nəticə çıxar­dığını bildirir. Buna misal kimi Qazaxın dörd kəndinin sülh və danışıqlar yolu ilə qaytarılmasını, həmin istiqamətdə sər­hədlərin müəyyən edildiyini vurğulayır. Deməli, qalib dövlət olan Azərbaycanın uzun müddət qatlaşdığı məhrumiyyətin mükafatı, eyni zamanda, onun sözünün yerə düşməməsi, Ermənistanın danı­şıqlar prosesinə sadiq qalmasıdır. Əks halda, Prezident İlham Əliyev də sülh sa­zişinin imzalanmasının mümkünsüzlüyü üzərində dayanardı. Nəzərə alaq ki, bu, həm də gələcəkdə Ermənistanı gözləyən durum barədə xəbərdarlıq və anons, son dərəcə ciddi əhəmiyyət verilməsi labüd­ləşmiş mesajdır. 

XQ-nın analitik qrupu

Siyasət