Partiyamız artıq 40 ildir ki, müstəqillik uğrunda mübarizə aparır.
AZƏRTAC xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Fransız Polineziyasının nümayəndə heyətinin rəhbəri, Tavini Huiraatira Partiyasının Baş katibi Viktor Maamaatuaiahutaru mayın 30-da Milli Məclisdə keçirilən mətbuat konfransında deyib.
“Bizə Azərbaycan parlamentində ölkəmizin, xalqımızın problemlərindən danışmağımıza imkan verdiyiniz üçün çox təşəkkür edirik”, - deyən nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, onlar sonadək mübarizə aparacaqlar.