Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

post-img

Mayın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildirilib ki, səfər çərçivəsində Alma-Ata şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Siyasət