TÜRKPA-nın Baş katibi: Bakı konfransının töhfə verəcəyinə əminik

post-img

Parlamentlər mədəni irsin qorunmasının hüquqi və siyasi çərçivəsinin formalaşmasında, onun yaşadılaraq gələcək nəsillərə ötürülməsində mühüm və məxsusi rol oynayır. Bakı konfransının da bu işə töhfə verəcəyinə əminik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən "Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr" mövzusunda parlamentlərarası konfransda səsləndirib.

Parlament diplomatiyasının imkanlarından danışan Baş katib türk dövlətlərinin türk mədəniyyətinin varisləri olduğunu vurğulayaraq deyib: “Əcdadlarımızın bizə miras qoyduğu mədəni irsi gələcəyə daşımaq borcumuzdur”.

Baş katibin sözlərinə görə, TÜRKPA ortaq qanunvericilik məkanının yaradılmasında əsas elementlərdən olan model qanunvericilik fəaliyyətini əzmlə davam etdirəcək: “Türk əməkdaşlıq qurumlarında həyata keçirilən fəaliyyətlər türk dövlətləri arasında siyasi iqtisadi və sosial-mədəni əlaqələrin sürətli şəkildə həyata keçirilməsinə şərait yaradır”.

Siyasət