Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

post-img

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfəri çərçivəsində Xaricdəki İtaliya Vətəndaşlarının İşləri və Miqrasiya Siyasətləri üzrə Baş İdarənin Baş direktoru Luici Mariya Vinyali ilə görüşüb.

Komitədən  bildiriblər ki, görüş zamanı Luici Mariya Vinyali Azərbaycanın İtaliya üçün vacib tərəfdaş və dost ölkə olduğunu qeyd edib. O, uzun illər ərzində xaricdəki italyanların maraqlarının və bu ölkədən olan emiqrantların hüquqlarının müdafiəsinin təmini üçün müfəssəl diaspor infrastrukturunun qurulduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən DİDK-nın sədri Fuad Muradov İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdirildiyini deyib, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, İtaliyada yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor təşkilatlarının vahid mərkəzdən koordinasiya olunması ilə bağlı məlumat verib. Eyni zamanda, son dövrlər təhsil almaq məqsədilə İtaliyaya üz tutan azərbaycanlıların sayının artdığı qeyd edilib.

Görüş çərçivəsində birgə əməkdaşlıq, təcrübə mübadiləsi, mümkün tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.



Siyasət