“Yeddilər qrupu” bizim qaçqınları niyə görmür?

post-img

“Yeddilər qrupu” (G7) ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin 17–19 apre­lin 2024-cü il tarixlərində İtaliyanın Kapri adasında keçirilmiş görüşünün yekununda verilmiş bəyanatda “qaçqınların” qayıdış hüququnun təmin edilməsi ilə bağlı Azər­baycana çağırış edilsə də, 37 il əvvəl 250 min soydaşımızı Qərbi Azərbaycana qovmuş Ermənistanın ünvanına törətdiyi kütləvi de­portasiya ilə bağlı heç nə deyilməyib.

Qərbi Azərbaycan icması “Yeddilər”in birtərəfli və qərəzli çağırışında Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun nəzərə alınmaması ilə bağlı kəskin etiraz ifadə edən bəyanat yaymışdır. Açıqlaqmada bildrilir ki, sərgilənən belə mövqe qaçqın azərbaycanlı­lara münasibətdə etnik və dini əsasda ayrı-seç­kilikdir. Qərbi Azərbaycan İcması G7-də təmsil olunan bütün dövlətlərə, eləcə də Avropa İtti­faqına azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməsi ilə bağlı dəfələrlə müraciətlər edib.

Bəyanatda qeyd edilir ki, G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir və Azərbaycan–Ermənistan münasibət­lərinin normallaşması prosesinə zərər vurur: “Qərbi Azərbaycan İcması G7 dövlətlərini et­nik və dini mənşəyindən asılı olmayaraq, bütün insanların hüquq və ləyaqətlərinin bərabərliyi prinsipinə hörmət etməyə, Ermənistandan qo­vulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verməməyə və onların qayıdış hüququna hörmət etməyə çağırır”.

XQ

Siyasət