İtaliya beynəlxalq hüquqa hörmətlə və balanslı yanaşır

post-img

İtaliyanın beynəlxalq hüququn pozuntularını gözardına alan siyasətdən uzaq olması bir daha bu ölkənin məsələdən daim agah olduğunu göstərib və Fransa kimi ölkələrin yürütdüyü destruktiv siyasətin nə dərəcədə əsassız və nəticəsiz olduğunu sübut edib. Hesab edirik ki, İtaliyanın belə siyasəti başda Fransa olmaqla, bəzi Avropa ölkələrinə nümunə olmalıdır.

Bu fikirlər XİN-in mətbuat katibi Ayxan Hacızadənin İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin böl­gədəki vəziyyət ilə bağlı açıqlamasına dair yerli medianın sualına cavabında yer alıb. 

Mətbuat katibi, onu da qeyd edib ki, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavininin verdi­yi bu açıqlama, ilk növbədə, beynəlxalq hüququn təməl prinsip və normalarına hörmətin əlamətidir. Bu, eyni zaman­da, ölkələrin daxili işlərinə müdaxilənin, Azərbaycanla Ermənistan arasında nor­mallaşma və sülh prosesi kimi həssas məsələ ilə bağlı məsuliyyətsiz yanaşma­dan çəkinmənin nə dərəcədə vacib oldu­ğunu nümayiş etdirir. 

XQ

Siyasət