Türkiyə XİN: Brüssel görüşü neytrallığa zərbədir

post-img

Türkiyə Xarici İşlər Nazirliyi Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan Ermənistan–Aİ–ABŞ üçtərəfli görüşünə dair bəyanat yayıb. Qardaş ölkənin XİN-i birmənalı şəkildə bildirib ki, həmin görüşün keçirilməsi regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq.

Bəyanatda bildirilib ki, Azərbaycanın işti­rakını nəzərdə tutumayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməyəcək, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq. Azərbaycanın işğal olunmuş tor­paqlarını azad etməsi və ötən il Qarabağda keçirilən antiterror tədbirləri ilə suverenliyini bərpa etməsi nəticəsində regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb. La­kin: “Tarixi fürsətin uğurlu nəticəyə bu qədər yaxın olduğu bir vaxtda üçüncü tərəflərin, xü­susən də regiondan kənardan olan aktorların prosesə ədalətli və qərəzsiz yanaşması və ona hər hansı zərər vurmaqdan çəkinməsi daha vacibdir. Bu kontekstdə aprelin 5-də Ermənis­tan, Aİ və ABŞ arasında keçiriləcək üçtərəfli görüşün regionun mürəkkəb problemlərinin həlli üçün əsas olmalı olan neytral yanaşmaya zərbə vuracağını açıq şəkildə vurğulamaq bi­zim borcumuzdur”.

AçıqlamadaTürkiyə XİN təkrar üçüncü ölkələri regionun parametrlərini nəzərə alma­ğa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb: “Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabit­lik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azər­baycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək”.

Xatırladaq ki, Rusiya Federasiyası da ap­relin 5-i keçirilməsi planlaşdırılan Ermənis­tan-Aİ-ABŞ üçtərəfli görüşünə dair narahat­lığını bildirib.

XQ

Siyasət