“Le Fiqaro”: Makronun anti-Azərbaycan planı iflasa uğrayıb

post-img

Fransanın dünyaca məşhur “Le Fiqaro” nəşri Azərbaycana qarşı növbəti qərəzli məqaləsi ilə gündəmə gəlib.

Məqalədə prezident Emmanuel Makronun yürütdüyü siyasətin uğursuz­luğu, fəsadları tənqid atəşinə tutulsa da, Fransa hökumətinin Azərbaycana qarşı çirkin siyasəti ortaya qoyulur.

Yelisey sarayının tezisləri ilə işləyən qəzet yazır ki, Fransa lideri ermənilərin taleyinə səmimi olaraq biganə yanaş­mayan yeganə liderdir, amma Fransa­nın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-nin etirazı səbəbindən baş tutmamışdı. Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron “erməni məsələsi­ni” Roma Papası ilə də müzakirə etmək istəyib, özü ilə ermənipərəst yazıçı Sil­ven Tessonu da aparıb. Amma Vatikan­dan istədiyi dəstəyi ala bilməyib.

Bu məlumatları sızdırmaqla Yelisey sarayı Azərbaycana qarşı planlarının if­lasa uğramasına görə məsuliyyəti ABŞ-nin, Vatikanın və digərlərinin üzərinə atmaq istəyir, çünki Makron Prezident İlham Əliyevə məğlub olduğunu etiraf etmək istəmir. Makron məhz İ.Əliyevə məğlub olub.

Fransanın “Le Figaro” nəşrində “Dağlıq Qarabağın yox olması, reallaş­dırıla bilinməyən fransız vədinin xroni­kası” adlı məqalə dərc olunub. Həmin məqaləni olduğu kimi təqdim edirik:

“Erməni anklavının Azərbaycan tərəfindən ildırımsürətli istilasından 6 ay sonra “Le Figaro” Fransanın Ermə­nistanla əlaqələrinə görə xüsusi olaraq gözləndiyi dosyenin siyasi kulislərinə yenidən qayıdır.

Fransaya Azərbaycanın blokadası nəticəsində 8 ay ərzində təcrid qalmış Dağlıq Qarabağ ermənilərinin yardımı­na gəlməsi üçün təzyiq etmək məqsə­dilə Silven Tessonun xəyalına gətirdiyi bütün fikirlərdən bəlkə də bu, ən fantas­tik olub. Jan Dujardini prezident rolunu oynamağa məcbur etmək və azərbay­canlılar tərəfindən blokada edilmiş ank­lava aparan yol – Laçın dəhlizinə qədər yürüş təşkil etməkdir. Aktyor yazıçı tərə­findən hazırlanmış mətni oxumalı idi, o sözləri ki, dövlət başçısı özü əraziyə gəlsəydi onları ifadə edə bilərdi. Çünki Tesson əmindir: Emmanuel Makronun səfəri məsələləri dəyişə bilərdi. Məgər Emmanuel Makron “France 2”-nin canlı yayımında yazıçının 2022-ci ilin payı­zında “Le Figaro Magazine”-də dövlət başçısına qarşı olan dərc edilmiş açıq məktubuna cavab vermədimi: “Biz er­məniləri heç bir zaman tərk etməyəcə­yik”?

Bu ifadələr, iki il bundan qabaq Lat­viyanın paytaxtı Riqada dövlət başçısı­nın “Azərbaycanı istila layihəsinə təşviq edən” Türkiyənin “hərbi ismarıclarını” qınayan ifadələrini xatırlatdı. Bakının Dağlıq Qarabağ regionunun 70%-ni götürdüyü 44 günlük müharibənin baş­lanmasından bir neçə gün qabaq dövlət başçısı döyüşkən tərzdə, bəyan etdi: “Biz bunu heç bir zaman qəbul etməyə­cəyik. Fransa öz rolunda olacaq”. Art­saxın Fransadakı nümayəndəsi Hov­hannes Guevorkyan yada salır: “Bu o qədər güclü idi! O qədər unikal idi!”

Qabaqcadan müəyyən edilmiş tale

Azərbaycanlıların iştahasını sakit­ləşdirmək üçün daha çox şey lazım idi. 2023-cü il 19 və 20 sentyabrda Azərbaycan Dağlıq Qarabağın yaşayış məntəqələrinə qarşı ordusunu hücuma keçirtdi. 24 saat ərzində 200-dən çox erməninin öldürülməsi və 400-ünün ya­ralanması yerli hakimiyyəti silahı yerə qoymağa məcbur etdi. Artsaxlılar özlə­rini, o cümlədən laqeydliklə parıldayan erməni baş naziri Nikol Paşınyan tərə­findən tərk edilmiş hiss edirlər. 120 000 mülki şəxs qədim dövrdən yaşadığı və 5-ci əsrdə xristianlaşdırılmış bu dağlıq ərazini, öz torpağını tərk etdi. Qondar­ma Dağlıq Qarabağ respublikası öz rəsmi süqutunu elan etdi. Həmin dövr­dən, qınayıcı bəyanatlar xaric, Bakı heç bir sanksiyaya məruz qalmadı. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan cənubunun onun növbəti hədəfi olması ilə bağlı xəbərdarlıq et­məsindən sonra Paris Yerevanla hərbi əməkdaşlıq qurdu. Dekabrda, ordunun daşınması üçün 24 ədəd zirehli nəq­liyyat vasitəsi və həmkarlarına yüksək dağlarda döyüş hazırlığı keçmək üçün 15 dağ atıcıları Qafqaza göndərildi. Fevralın ortasında Yerevana presedenti olmayan səfər çərçivəsində ordu naziri Sebastian Lekornu yeni hərbi avadan­lığın göndərilməsini vəd etdi. Fransanın mövqeyi sürgün olmuş artsaxlıları bir­mənalı olmayan vəziyyətə salır: “Ermə­ni diplomatik mənbəyə görə, Emmanuel Makron bəlkə də yeganə dövlət başçı­sıdır ki, həqiqətən də onların taleyindən narahatdır. Onun iştirakı səmimi olub. Mən deyə bilmərəm hansı o, uğurlu ola bilmədi”.

Yeliseydə bağlı qapılar arxasında

2023-cü ilin yanvar ayı, günorta ra­dələrində, Dağlıq Qarabağ hələ bloka­da altındadır, bir qrup erməniyönümlü fəallar və jurnalistlər Yelisey sarayında toplaşıblar. Burada Paskal Brukner, Olivier Veber və futbolçu Yuri Djorkaeff də var. Prezident onlara diqqətlə qulaq asır, sonra söz alır. “Guilde européenne du Raid” QHT-sinin vitse-prezidenti Hu­gues Devavrin danışır ki, “o, bizə aşırı dərəcədə həssas olan bir sıra məsələ barəsində məlumat verdi”. “O, diploma­tik müşaviri İzabelle Dumont ilə hazır­ladığımız qeydi mükəmməlcəsinə oxu­muşdu”.

İlk növbədə prezidentin səfərini töv­siyə edirdi. Hugues Devavrin izah edir - “Mitteranın Sarayevoda etdiyini etmək, əraziyə getmək və bunun daha müm­kün olmadığını bəyan etmək”. Qeyd həmçinin, qida və dərmanlardan məh­rum edilmiş artsaxlıların yardımına gəl­mək üçün humanitar konfransın təşkilini təklif edirdi. Və nəhayət, o, Fransanın mülki-hərbi əməliyyatının başlanmasını tövsiyə edirdi.

Sylvain Tesson yada salır ki, “Biz onun məsələyə yiyələnməsi səviyyə­sindən heyran idik. O, azərbaycanlıların iştahasını anlamışdı və bizdən daha çox bədbin idi – bu da normaldır, çünki o, bizdən daha yaxşı məlumatlıdır. O, artıq bilirdi ki, qurudan hücum olacaq”. Qısaca olaraq, intellektuallar mövzunun icraedici qurumda layiq olduğu yerdə olduğu əminliyi ilə çıxdılar. “Makron qar­şıdan gələn geosiyasi qarışıqlıq fonun­da məsələnin reallıqda Ermənistandan üstün olduğunu anlayırdı”.

Ora tək getməmək...

Dövlət başçısı cavabında deyirdi ki, “rəhbərlərlə müzakirə etmək üçün son şansı verin”. Danışıq yolu ilə çıxış tapmağa cəhd etmək üçün Emmanuel Makron bürosundan, Azərbaycan və Er­mənistan rəhbərləri ilə boşuna çoxsaylı telefon danışıqları etdi. Diplomatik mən­bə qeyd edir ki, “Bəlkə də o, Prezident İlham Əliyevlə ən çox danışan xarici li­derdir”.

Humanitar Konfrans layihəsinə start verildi. Lakin heç bir izah olmadan, o, keçirilməsi nəzərdə tutulan tarixdən bir neçə gün əvvəl ləğv edildi. Diplomatik mənbə qeyd edir ki, “Bütün səylərimizə rəğmən, həmin dövrdə iştirakı gözlə­nilən tərəflər arasında minimal konsen­sus yox idi”. Müxtəlif mənbələrə görə, layihə Vaşinqtonun etirazı səbəbindən ləğv olundu. Ondan 6 ay sonra Paris­dən heç bir yeni təşəbbüs irəli sürülmür.

Estafeti diaspora götürür. Fransa­dakı erməni təşkilatlarını koordinasiya edən CCAF-ın həmsədri Frenk Papa­ziyan da, öz növbəsində, Emmanuel Makrona humanitar yük aparması üçün təzyiq edir. Erməniəsilli fransız danışır ki, “O mənə deyir: bu çox yaxşı ideyadır, mən razıyam” və inanmaq istəyir ki, bu “səmimi” istək idi. Lakin bundan sonra heç bir şey baş tutmur. Frenk Papazyan əmin edir ki, bu yenə də “tərəfdaşların çatışmazlığındandır”.

Fransa niyə belə təkdir? Avropa tərəfindən – 27 ölkə Ukraynaya baxır. Bundan əlavə, Avropa İttifaqı və Bakı 2022-ci ilin iyulunda “enerji əməkdaşlı­ğında yeni fəsil” açmaq üçün qaz sazişi imzalayıblar. Beləliklə, vahid mövqeyin olmamasından Azərbaycana sanksi­ya təklif edən heç bir qətnamə qəbul edilmədi. Erməni məsələsinə yaxından cəlb olunmuş “Renew”un avrodeputatı Natali Loiseau əmin edir ki, “Biz qətiy­yətlə döyüşdük, lakin karbohidrogenlərə ümid bəsləyən bir neçə ölkə bu yolla getməyə hazır deyildi”. Bu xüsusda, o, İtaliya və Macarıstanı qeyd edir. Fran­sanın keçmiş naziri Almaniyaya gəlincə təəssüf hissi ilə qeyd edir ki, "o, Şarl Mi­şel kimi, təcavüzkarla təcavüzə məruz qalan arasında vasitəçiliyin mümkün olduğuna əmindir. Lakin bu birincinin tərəfini tutmaqdır”.

Hətta Vatikan kənardadır. 2022-ci ilin oktyabrında Roma Papasını ziyarət edərkən, Emmanuel Makron özü ilə Tessonu apardı ki, sonuncu Ermənis­tanla bağlı söz desin. Yazıçı katoliklərin rəhbəri və onun xarici işlər naziri Qal­laqgherin biganəliyindən heyrətə gəldi. O söyləyir ki, “ermənilərin taleyini qeyd edəndə, hər ikisi tam biganəlik, hətta aqressivlik nümayiş etdirdilər”. Yazıçı acı bir şəkildə istehza edir: “Roma Pa­pası yeni qlobal və bir - biri ilə əlaqəli bir dünyanın ortaya çıxması ilə çox məş­ğuldur, ona görə də ilk xristianlara qayğı göstərə bilmir. Erməni - bir xalqın müəy­yən bir torpağa bağlılığı və müəyyən bir mənəviyyata mənsub olması deməkdir. Bu əbədi dəyişiklik ayaqqabısında bir daşdır. Ermənistan buna görə narahat edir. Vatikanda olduğum zaman başa düşdüyüm bu oldu”.

Ərazi vahidlərinin dəstəyi

Bu ümumi laqeydlik içərisində fran­sız dəstəyi fərqli şəkildə özünü göstə­rir. Senat bir çox qətnaməyə səs verir. Seçkilərdə seçilmiş şəxslər, xüsusilə də Auvergne-Rhône-Alpes regionunun prezidenti Laurent Vauquiez və avrode­putat François-Xavier Bellami səfərlər edirlər. Fransız ərazi vahidləri səfərbər olunur. Sol siyasi düşərgədə Anne Hi­dalgo Artsax istiqamətində humanitar yük göndərir. Xavyer Bertrandan baş­layaraq ekoloqçu Janna Barsegyandan keçərək Bruno Retailleauya qədər sağ­çı və solçulardan ibarət balaca qrupla əhatə olunmuş Parisin meri 2023-cü ilin avqustun sonunda rus sülh əsgərləri­nin saxladığı sərhədə qədər səfər edib. Lakin Île-de-France, Hauts-de-France, Occitanie və Pays de la Loire regionla­rı, eləcə də Paris, Marsel və Strasburq şəhərlərinin loqosunu daşıyan və uşaq qidası və elektrik generatorlarla yük­lənmiş yük maşınları digərləri kimi blok edilmiş vəziyyətdə qalırlar.

Parisin Minsk qrupunun həmsəd­ri rolunun tələb etdiyi neytrallığı dərk edən Xarici İşlər Nazirliyi (ATƏT tərəfin­dən 1992-ci ildə Qafqazda münaqişə­nin həlli üçün yaradılmış Fransa, ABŞ və Rusiyadan ibarət vasitəçi qrup) sa­kit qalır. Ketrin Kolonna İrəvana yalnız Azərbaycanın 19 və 20 sentyabr 2023-cü il tarixli hərbi əməliyyatından sonra səfər edir. Ermənilərin kütləvi köçü fo­nunda fransız diplomatiyasının rəhbə­ri vəziyyətin “etnik təmizləməyə bən­zəməsinin” mümkünlüyünü hesab edir və hərbi avadanlığın çatdırılmasını elan edir.

Bir neçə gün sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ziyarət et­məkdən imtina edəcəyi Qranadadakı Avropa Sammitində Emmanuel Makron Bakıya qarşı "sanksiya vaxtının olma­dığını" bəyan edəcək. O, azərbaycanlı həmkarına "təzyiqi saxlamaq" və Er­mənistanı “ən yaxşı şəkildə qorumaq" üçün zəng edəcəyinə dair öhdəlik gö­türəcək. Prezident Əliyevi heyrətləndir­mək üçün kifayət etmədi. Azərbaycan Prezident Administrasiyası kommüni­kesində Fransanı Ermənistanı “silah­landırmaqla” Qafqazda “yeni müharibə hazırladığında” ittiham edəcək. Fevral­da, 97% səslə yenidən seçilmiş İlham Əliyev öz inauqurasiya çıxışında bəyan edib ki, Ermənistanla mübahisəsində heç bir beynəlxalq vasitəçilik istəmir. Və Fransanın ünvanına “Öz işinizlə məşğul olun”, – deyə vurğulayıb.

Siyasət