PKK-nın Almaniyada Türkiyə konsulluğuna basqını

post-img

Türkiyənin Almaniyada yerləşən baş konsulluğu PKK tərəfdarlarının hücumuna məruz qalıb. Türkiyə XİN bununla bağlı bəyanat yayıb. Bəya­natda deyilir ki, martın 26-sı gecə saatlarında Türkiyənin Hannoverdə­ki baş konsulluğunun giriş qapısına PKK təşkilatının tərəfdarları hücum ediblər. 

Hücumdan sonra Almaniya rəs­miləri ilə əlaqə saxlanılaraq, alman hakimiyyətinin Türkiyə vətəndaşlarının və diplomatik nümayəndəliklərinin təh­lükəsizliyinə cavabdeh olduğu xatırla­dılıb. 

***

Dünən Almaniyanın Türkiyədəki səfiri Yurgen Şults törədilən təxri­batla əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə tərəfinin kəskin mənfi mövqeyi həm Almaniyanın rəsmi struk­turlarının, həm də bu ölkənin Türkiyə­dəki diplomatik missiyasının rəhbərinin diqqətinə çatdırılıb.

Türkiyə tərəfi təxribatda iştirak edənlərin hamısının məsuliyyətə cəlb olunmasını tələb edib.

XQ

Son xəbərlər