Qarabağ libasları UNESCO-nun “geyim günü”ndə

post-img

Azərbaycan Parisdə UNESCO-nun mənzil-qərargahında keçirilən "Ənənəvi geyim günü"ndə iştirak edib.

UNESCO-nun İcraiyyə Şurasının 219-cu sessiyası çərçivəsində 27 Mart Ənənəvi Geyim Günü qeyd edilib.

Azərbaycanın UNESCO yanında Daimi nümayəndəliyinin üzvləri Şura­nın son iclasına Qarabağa aid olan milli geyimlərdə qatılıblar. Milli geyimlərimiz zərifliyi, incəliyi, eləcə də milli bəzəkləri ilə diqqəti cəlb edib.

Qeyd edək ki, bu təşəbbüs İndo­neziya və Polşanın UNESCO yanında Daimi nümayəndəlikləri tərəfindən or­taq mədəni müxtəlifliyi və irsi, eləcə də qarşılıqlı anlaşmanın təbliği və təşviqi məqsədilə irəli sürülüb. UNESCO-nun iclasında ilk dəfə daimi nümayəndələr milli geyimdə iştirak ediblər.

XQ

Son xəbərlər