Xocalıda 500 ev dirçəldilir

post-img

Mayın sonundan başlayaraq Xocalıya ilk köç nəzərdə tutulub.

Bunu Xocalı rayon İcra Hakimiy­yətinin başçısı Şahmar Usubov jurna­listlərə açıqlamasında deyib. O bildirib ki, hazırda təmizlik işləri başa çatmaq üzrədir: “Yenidənqurmaya yaramayan evlərin söküntüsü aparılır. Bununla da paralel olaraq tikinti işləri həyata keçiri­lir. Xocalıda 500-ə yaxın evdə təmir-ti­kinti, abadlıq işləri görülür. Yollar, qaz və sular çəkilir”.

İcra başçısı qeyd edib ki, may ayı­nın sonu, iyun ayının əvvəllərində Xo­calıya ilk köç nəzərdə tutulub: “Birinci 50 ailə öz doğma el-obalarına qayıda­caq. Daha sonra davamlı olaraq köç olacaq. Xocalı şəhərinin 8400, Xocalı rayonun 17000 min əhalisi var”.

XQ

Son xəbərlər