Ermənistan anklavları geri qaytarmalıdır

post-img

Dövlət sərhədinin delimitasiyası üzrə Azərbay­canda və Ermənistanda yaradılmış komissiyala­rın artıq 7 görüşü keçirilib. 

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən daxil olan məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çər­çivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər apa­rılır. 

Son vaxtlar Ermənistan mediasında, guya, Ermə­nistanın 31 kəndinə məxsus torpaqların Azərbayca­nın “işğalı altında” olması barədə hökumət mənbələ­rindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir.

Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi va­cib bilir ki, dövlət sərhədinin delimitasiyasının apa­rılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır. 

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mü­bahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir. 

Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.

XQ

Siyasət