Erməni politoloq: Azərbaycan öz məqsədinə nail oldu

post-img

İstəsək də, istəməsək də, Azərbaycan gündəliyi həyata keçirilir, yəni 2023-cü il dekabrın 7-dən Bakı Ermənistanla birbaşa danışıqlar aparır. Ermənistan hakimiyyətinin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz məqsədinə nail olub.

Bu fikirləri Ermənistan mətbuatına müsahibəsində politoloq Suren Surenyants deyib.

“Ceyhun Bayramovun tonu və ifadəsi açıq şəkildə göstərdi ki, görüş Berlində keçirilsə belə, heç bir vasitəçi olmamalıdır. Berlin daha çox koordinator statusuna malik ola bilər, yəni vasitəçilikdən söhbət gedə bilməz. Həmçinin, danışıqları idarə edən, diktə edən tərəf İrəvan deyil, Bakıdır”- deyə politoloq bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət