Oğurluq edənlər ələ keçdilər

post-img

Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə fevralın 10-da  Əmircan qəsəbəsində bir evdən  mobil telefon oğurlamaqda şübhəli bilinən R.Fərzəliyev saxlanılıb. Ondan 1 kiloqram 85 qram metamfetamin aşkar olunaraq götürülüb. 

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindəki ticarət mərkəzində mağazaların birindən 4500 manat dəyərində yataq dəstləri oğurlamaqda şübhəli bilinən A.Seyidov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat