I məqalə
XXI əsrin Qalib lider nümunəsi
Qalib lider Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edən dövlət başçısı və müzəffər Ali Baş Komandandır. Eyni zamanda, Qalib lider xilasedici, birləşdirici və qurucu şəxsiyyətdir. Qalib gəlmək həmişə tarixi mahiyətlidir: hər dövrün özünəxas qələbə fəlsəfəsi vardır. XX əsrin geosiyasi turbulentliyi, sosial-iqtisadi və mədəni qloballaşması, müxtəlif böyük dövlətlərin öz dünyalarını yaratmaq uğrunda amansız savaşması və millətlərin öz müstəqil dövlətlərini qurmaq üçün ölüm-dirim mübarizəsini aparması öncəki tarixi mərhələlərdən fərqli Qalib lider nümunəsi tələb edir.
Doğrudan da, zamanənin bu cür qarışıq bir dinamikasında hər an mənəvi və intellektual fəziləti xeyirxahlıq, quruculuq, barışcıllıq mənalarında saxlamaqla qəlbləri, mənəviyyatları fəth etmək olduqca çətin işdir. Üstəlik, əgər dövlətə və cəmiyyətə qarşı müxtəlif tərəflərdən qərəzli təsirlər olursa, bu, ikiqat mürəkkəb vəzifədir. Lakin XX əsrdə uğurlu lider olmaq üçün ən çətin və böhranlı situasiyalarda belə qalib gəlməyi bacarmaq lazım gəlir.
Azərbaycanın yaşadığı geosiyasi tale prizmasında qalib gəlməyin şərtləri bir qədər də konkretləşir. Onun ideya tərəfi 2023-cü ilə qədər olan milli ideyada ifadə olunmuşdur: ərazi bütövlüyünü bərpa etmək və bütün ölkə ərazisində suverenliyi tam təmin etmək Bu, bizim seçimimiz deyildi – XX əsrin sonu XX əsrin başlanğıcının geosiyasi dinamikasının diktəsi idi. Azərbaycan lideri Heydər Əliyev bu çağırışı “bir millət, iki dövlət” kəlamı çərçivəsində “hər yerdə, hər zaman, tam müstəqillik, üçrəngli bayrağın yüksəlişi” qətiyyətli mövqeyi ilə qəbul etdi. Bununla Avrasiya məkanında ümummilli liderlik nümunəsini yaratdı!
XX əsrin başlanğıcından Heydər Əliyevin siyasi varisi XX əsrin çağırışlarının burulğanında yeni liderlik nümunəsini yaratmağa başladı. Bunun əlamətlərini dünya Qarabağı Azərbaycan Ordusunun 44 günə bir sıra böyük dövlətlərin caynağından tam xilas etməsində gördü Ancaq onlar dayanmadılar və ikinci cəhdi etdilər. Bu halda da Azərbaycan 23 saat 41 dəqiqəyə işğalçıları darmadağın etdi Bununla Azərbaycan lideri İlham Əliyev Cənubi Qafqazda ilk olaraq Qalib lider kimi özünü təsdiq etdi.
Bütün bunlara görə, Prezident İlham Əliyevin yenidən dövlətə başçı seçilməsindən sonra Münxenə səfərini böyük maraqla gözləyirdilər. Bunu şərti olaraq İlham Əliyevin Azərbaycan üçün elan etdiyi yeni mərhələdə ilk siyasi-diplomatik sınağı kimi qəbul edə bilərik Bu tezisin məna miqyasını, məzmun genişliyini və ideya missiyasını anlamaq üçün Münxen Təhlükəsizlik Konfransının nə demək olduğu üzərində bir qədər geniş dayanmaq lazım gəlir.
Münxen konfransı: təhlükəsizlik platforması
Bu proses 1963-cü ildən başlamışdır. Təhlükəsizlik üzrə ekspertlər, siyasilər, diplomatlar, hərbçilər, iş adamları, qeyri-hökumət təşkilatları sərbəst şəkildə rəsmi məhdudiyyət olmadan qlobal təhlükəsiziyin aktual məsələlərini müzakirə edirlər. Konfrans bu növ tədbirlər sırasında dünyada ilk sıradadır. Təşkilatçı Münxen konfransı Fondudur.
Konfransın təşkilatçılığını 1998-ci ilə qədər alman nəşriyyatçısı Evald-Henrix fon Kleyst-Şmensin etmişdir. 1999-cu ildən bu rolu Helmut Kolun keçmiş məshələtçisi Horst Tülçik yerinə yetirmişdir. 2009-cu ildən rəhbərliyi Volfqanq İşinger öz üzərinə götürmüşdür. 2022-ci ildə təşkilatçılığı A.Merkelin xarici məsələlər üzrə məsləhətçisi Kristof Hoysqen etmişdir. 2024-cü ilin konfransının da sədri K.Hoysqen olmuşdur.
Bu, sayca 60-cı konfras idi. Fevralın 16-18-i arası keçirilmişdir. Tədbirdə 150-dən çox dövlət və hökumət başçıları, xarici i.lər və müdafiə nazirləri iştirak etmişlər. Ənənəvi şəkildə, Münxen Təhlükəsizlik Konfransı öncəsi ekspertlər məruzə hazırlayırlar. Builki məruzə “Lose-Lose ” adlanır, yəni “hamı uduzur ” BMT-nin Baş katibi A.Quterriş konfransın açılışında deyib ki, məruzənin başlığına sual işarəsi qoymamaq da olardı. Yəni real olaraq bütün dünya üçün təhlükəsizlik ciddi problemə çevrilmişdir. Onların sırasında Yaxın Şərqdə İstrail–Fələstin, Şərqi Avropada isə Rusiya–Ukrayna savaşı xüsusi yer tutur. Və hər ii münaqişə üzrə müsbət real nəticə yoxdur. Bu da bütövlükdə dünya nizamını pozur, xaos artır, təhlükəsizlik sistemi “sabun köpüyü kimi dağılır” Əgər proses hər bir böyük dövlətin ancaq öz maraqları naminə davranışı fonunda davam etsə, dünyada hər bir dövlət uduzacaq və bəşəriyyət aşınmaya məruz qalacaq. Bununla da Münxenin müasir, dəbdəbəli və rahat “Bayerischer Hof” otelinin siyasi mənzərəsi rahatsızlıq verən “qaranlıq məkanı” xatırladırdı.
Uğurun “uzaq, yaşıl adası”
Məhz belə bir dönəmdə Azərbaycanın regional və qlobal miqyasda atdığı addımların əhəmiyyəti bütün dünya üçün daha da artmışdır. Bunu Münxendə Prezident İlham Əliyevə göstərilən diqqətdən, ifadə edilən böyük maraqlardan və əməkdaşlığa canatmalardan hiss etmək mümkün idi. İlham Əliyev, sözün həqiqi mənasında, Qalib Lider kimi qarşılanmış və diqqət mərkəzində olmuşdur. Azərbaycan Prezidenti ilə ABŞ Dövlət katibi, Almaniya Kansleri, müxtəlif ölkələrin prezidentləri, tanınmış diplomatlar danışıqlarda son dərəcə sayğı nümayiş etdirmişlər. Dünya mediası bu bağlılıqda onu vurğulayır ki, görüşlərin təşəbbüskarı Azərbaycan tərəfi olmamışdır. Qarşı tərəf danışmaq arzusunu dilə gətirmişdir. Hər bir danışıqda da Azərbaycanın müəyyən etdiyi müzakirə sərhədi gözlənilmişdir. Məsələn, ABŞ Dövlət katibi və ya Almaniya Kansleri Azərbaycan rəhbərini qane etməyən şərtləri dilə belə gətirməmişlər.
A.Şolts N.Paşinyanı İ.Əliyevlə görüşdürmək üçün E.Makronu arxa plana atmışdır. Rəsmi Parisin cidd-cəhdlərinə baxmayaraq Bakı Fransanın iştirakını istisna etmişdir. Bu dəfə Münxendə Almaniya tərəfi də danışıqların iştirakçısı statusunda deyildi – Berlin sadəcə görüşü təşkil etmişdir. Bununla, təbii ki, Avropa İttifaqı Aİ müəyyən diplomatik uğur qazanmışdır. ünki müəyyən müddətdir ki, arası kəsilmiş və Fransanın bərbad fəaliyyəti nəticəsində dayandırılmış danışıqlar prosesi məhz Avropada bərpa olunmuşdur.
Danışıqlarda elə bir ciddi irəliləyiş olmasa da, tərəflər sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komisyaların yaradılması haqqında ortaq ilkin razılığa gəlmişlər və sülh danışıqlarını davam etmək fikrində bir olmuşlar.
Hər şeydən öncə, Azərbaycanın dövlət olaraq və Prezident İlham Əliyevin şəxsiyyət kimi nüfuzunun daha da yüksəlməsi faktını vurğulamaq lazımdır. Andiçmə mərasimindəki nitqi ilə Azərbaycan Prezidenti müasir dövrün uğurlu liderlərindən olduğunu bütün dünyaya bir daha sübut etmişdir. Hərb meydanında qalibiyyət, postmüharibə mərhələsində isə siyasi-diplomatik sferada çox ciddi və əhəmiyyətli uğurlar əldə edən Azərbaycan dövləti artıq dünya geosiyasi mənzərəsində “yaşıl ada” kimi görünür və Cənubi Qafqazı qoruyur, sabitliyin pozulmasına imkan vermir. Təbii ki, bu müsbət və ümidverici vəziyyətin memarı Azərbaycan Prezdenti İlham Əliyevdir. Ona görə də Münxendə aydın görünürdü ki, danışıqların moderatoru Prezident İlham Əliyevdir.
Bütün bunların fonunda Azərbaycanın artıq qlobal miqyasda ciddi geosiyasi aktora çevrildiyi aydın olur. Həmin kontekstdə Prezident İlham Əliyevin görüşlərdəki fikirlərinin miqyası və məqsədini dərindən anlamaq son dərəcə vacibdir. Xüsusilə, Azərbaycan Prezidentinin ATƏT, dövlətlərarası əlaqələr və sülh danışıqlarının formatı haqqında irəli sürdüyü tezislər çox maraqlıdır, prinsipial məqamları özündə əks etdirir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru