Politoloq: “Bu seçki bizim hüquqi və mənəvi haqqımızdır”

post-img

“Yeddi fevral seçkilərinin əhəmiyyəti düşündüyümüzdən daha böyükdür. Birmənalı olaraq deyə bilərik ki, bu, gələcəyə hesablanmış, əlahiddə prioritetlərə mailk olan seçkidir. Bu seçkinin təşkilini reallığın özü diktə edirdi. İndiki beynəlxalq münasibətlər fonunda 7 fevral seçkiləri tam yerinə düşür. Düşünürəm ki, seçki elektoratı da bu məqamları dəyərləndirə bilir və o baxımdan da seçkiyə ciddi maraq göstərir”. Bu fikirləri secki–2024.az saytına açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, tanınmış siyasi şərhçi Fikrət Sadıxov deyib.

O vurğulayıb ki, 2020-ci ilin noyabrından sonra Azərbaycan özünün yaratdığı yeni reallığa adekvat olaraq, müstəqil siyasət kursunu davam etdirdi: “Yəni, bizim Azərbaycanda növbədənkənar prezident seçkilərini keçirməyə həm mənəvi, həm də hüquqi əsasımız var. Yeri gəlmişkın, 2024-cü ildə dünyanın bir sıra aparıcı dövlətlərində də prezident seçkilərinin keçiriləcəyi gözlənilir. Bu amili də nəzərdən qaçırmaq olmaz. Ümumiyyətlə, qarşıdan gələn Zəfər seçkisində qürurlu Azərbaycan seçicisi özünün vətəndaş mövqeyini ortaya qoyacaq və səsini namizədlərdən ən layiqlisinə verəcək”.

Siyasət