Abşeronda 4 narkokuryerdə 15 kiloqram narkotik vasitə aşkar edilib

post-img

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Novxanı, Məhəmmədli və Hökməli qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Məlumata görə, əməliyyat nəticəsindı şübhəli bilinən Əli Babayev, Nərgiz Həsənova, Nadir Məmmədov və Səbir Məmmədov saxlanılıblar. Onların avtomobillərindən və yaşadıqları evlərdən 9 kiloqram marixuana, 4 kiloqram heroin, 2 kiloqram psixotrop maddə metamfetamin və 50 ədəd satışı qadağan edilən metadon həbi olmaqla ümumilikdə 15 kiloqram narkotika aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.  

P.ƏMİRCANOV
XQ

Sosial həyat