Məzahir Pənahov: Bu günə qədər 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib

post-img

Bu günə qədər 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, təsdiqlənmiş namizədlərdən 7-si imza vərəqələrini MSK-ya qaytarıb.

Həmin şəxslərdən 3–nün prezidentliyə namizədliyi artıq qeydə alınıb. Dörd nəfərin təqdim etdiyi sənədlər yoxlanılıb başa çatdırıldıqdan sonra onların qeydə alınma məsələlərini də gündəliyə çıxaracağıq.

Siyasət