Fransa Azərbaycanın qələbəsini qətiyyən həzm edə bilmir.
Bu barədə Fransanın “Le Monde” qəzetinə müsahibəsində Fransa–Azərbaycan münasibətlərinin gərginləşməsi ilə bağlı məqalənin müəllifi, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib. O qeyd edib ki, hazırda müşahidə olunan ikitərəfli münasibətlərin pisləşməsi Ermənistan–Azərbaycan qarşıdurmasında Fransanın tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqeyi ilə bağlıdır.
E.Əmirbəyov sonda deyib: “Aydındır ki, Fransa tarixi ədaləti bərpa etmiş, Qarabağda və özünün digər ərazilərində otuzillik erməni işğalına son qoymuş Azərbaycanın qələbəsini həzm edə bilmir”.
XQ

