Azərbaycan Ordusunda ilin yekunu ilə əlaqədar iclaslar keçirilib

post-img

Azərbaycan Ordusunun Baş Qərargahı, Müdafiə Nazirliyinin baş idarə, idarə, xidmət və müstəqil şöbələri, eləcə də bütün qoşun növləri və xüsusi təyinatlı təhsil müəssisələrində 2023-cü ilin yekunları ilə əlaqədar iclaslar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən verilən məlumata görə, iclaslarda Azərbaycan Ordusunun cari ildəki fəaliy­yəti geniş təhlil edilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əli­yevin ordu qarşısında qoyduğu tapşırıq­lar bir daha şəxsi heyətə çatdırılıb.

Hərbi qulluqçuların döyüş hazırlığının və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğu bildirilib. Şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərtərəfli təminatı, o cümlədən, qoşunla­rın peşəkar kadrlarla komplektləşdirilməsi sahəsində görülən işlərdən danışılıb.

Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar nəticəsində qazanılan nailiyyətlər qeyd edilib və şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın istənilən tapşırığına hər an hazır olduğu xüsusi vurğulanıb.

İclaslarda növbəti ildə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviy­yədə təşkili, sosial-məişət şəraitinin yax­şılaşdırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək tədbirlər və perspektiv planlar müzakirə olunub.

Sonda cari ilin yekununa əsasən hər­bi xidmətdə fərqlənən hərbi qulluqçular təltif ediliblər.

XQ

Son xəbərlər