Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cüilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Ulu öndərin adına Özbəkistanda universitetlər arasında təsis edilən “Heydər Əliyev təqaüdü”nə layiq görülən əlaçı tələbələrin adlarını elan edib.
Mədəniyyət Mərkəzində keçirilən mərasimdə təqaüd Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, Ürgənc Dövlət Universiteti, Daşkənd Dövlət Nəqliyyat Universiteti və Termez Dövlət Universitetinin tələbələrinə verilib.
Qeyd edək ki, qaliblərin müəyyənləşdirilməsi universitetlərin rektorlarının Mədəniyyət Mərkəzinə göndərdikləri təqdimat əsasında həyata keçirilib.

