Zamanı qabaqlayan lider

post-img

Tarixin gedişatını dəyişdirməyə, milləti, dövləti dirçəlişə aparmağa yalnız istedadlı liderlər qadirdir. Amerika psixoloqu Ralf Stoqdillinin fikrincə, lideri əsasən beş keyfiyyətlə xarakterizə etmək olar: Ağıl; başqalarından üstünlüyü; özünə əminlik; yüksək enerjililik; məqsədin dəqiq müəyyənləşdirilməsi. 

Bu gün ölkəmizin inkişafında və dün­ya səviyyəsində tanınmasına səbəb olan səriştəli siyasi rəhbər, təcrübəli diplomat, Prezident İlham Əliyev 1961-ci ildə Ba­kıda ümumilli lider Heydər Əliyevin ailə­sində dünya göz açmışdır. Orta təhsilini Bakıda aldıqdan sonra 1977-ci ildə Mos­kva şəhərindəki Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. 

Beynəlxalq münasibətlərin və diplo­matiyanın ən incə məqamlarına, yüksək tarixi biligilərə yiyələnən cənab İlham Əliyev bununla kifayətlənməmiş, 1982-ci ildə həmin universitetin aspirantura şöbəsinə qəbul olmuşdur. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elm­ləri namizədi dərəcəsi almışdır. Gənc siyasətçi 1985-1990-cı illərdə təhsil al­dığı institutda müəllim işləmişdir. Müasir Azərbaycanın neft siyasətinin geopolitik istiqamətləri barədə geniş tədqiqat iş­lərinin müəllifi olan İlham Əliyev siyasi elmlər doktoru dərəcəsi almışdır. Prezi­dent İlham Əliyev inkişaf strategiyasın­da gənclər və idman siyasəti sahəsində çoxsaylı nailiyyətlərin əldə edilməsində xüsusi rol oynamışdır. 1995-ci və 2000-ci illərdə Milli Məclisə keçirilən seçkilər nə­ticəsində deputat seçilən İlham Əliyev bu sahədə çox uğurlu fəaliyyət göstərmişdir. Seçicilərin etimadını ən yüksək səviyyə­də doğrultmuş, eyni zamanda ölkədə ge­dən inkişafın, həyata keçirilən islahatların normativ-hüquqi bazası olan bir sıra qa­nun layihələrinin hazırlanması və qəbul edilməsində əvəzsiz xidmət göstərmişdir. 

Prezident İlham Əliyev təkcə neft sahəsi və daxili siyasətlə deyil, həmçinin 2001-2003-cü illərdə Avropa Şurası Par­lament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olaraq fəaliyyət göstər­mişdir. O, Azərbaycan həqiqətlərinin bü­tün dünyada yayılması üçün yorulmadan çalışmışdır. Gənc yaşlarından yiyələndiyi diplomatiyanın bütün sirlərindən mə­harətlə istifadə edən siyasi xadim bey­nəlxalq arenada Azərbaycanın mənafe­yini məharətlə qorumuşdur. Ulu öndərin ideallarına və siyasi kursuna sadiq qalan Prezident İlham Əliyev qısa zaman kəsi­yində Azərbaycanı bütün sahələrdə zir­vələrə daşımışdır. 

Ümummilli lider Heydər Əliyev Azər­baycan xalqına 2003-cü il 1 oktyabr tarix­li müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi, mühüm işlərin onun tərəfindən uğurla başa çatdı­rılacağına dərin inamını diqqətə çatdırdı: “Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi va­risim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqma­tik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətra­fında sıx birləşdirərək Azərbaycan döv­lətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdı­ra biləcək. Mən ona özüm qədər inanı­ram və gələcəyinə böyük ümidlər bəslə­yirəm.” 

Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev rəhbərlik etdiyi müd­dətdə hər bir vətəndaşın prezidenti oldu­ğunu dəfələrlə demiş və eyni zamanda, bunu əməli fəaliyyətində də ortaya qoy­muşdur. Prezidentliyə başladığı ilk gün­dən İlham Əliyev ulu öndər Heydər Əli­yevin siyasi kursunu davam etdirərək, qarşıya qoyulmuş qlobal və lokal əhəmiy­yətli məsələlərin həlli üçün bütün siyasi gücündən istifadə etmişdir. 

Azərbaycan Respublikasının milli inkişaf sisteminin formalaşdırılmasında müstəsna xidmətlərə malik olan Prezi­dent İlham Əliyevin qəbul etdiyi milli in­kişaf strategiyası nəticəsində ölkəmiz bu gün yüksək inkişaf dövrünü yaşamaqda­dır. Xarici və daxili siyasətdə əldə edilən uğurlar bu strategiyanın nə qədər düzgün və dəqiq planlaşdırıldığından xəbər verir. Aparılan daxili siyasət, vətəndaşların yüksək rifaha çatdırılması milli inkişaf strategiyasının əsas məqsədlərindən biridir. Dünya iqtisadiyyatının böhran və­ziyyətində belə ölkəmizə təsirlərin mini­muma endirilməsi məhz bu strategiyanın effektivliyindən xəbər verir. 

Məhz ulu öndər Heydər Əliyev dühası və onun varisi Prezident İlham Əliyevin idarəetmə bacarığı sayəsində Azərbay­can bütün təhdidlərə rəğmən hazırda dünyanın ən islahatçı, sabit inkişaf edən və real müstəqilliyi olan ölkələrindən bi­ridir.

Fəxarət doğuran məqamlardan biri də İlham Əliyevin dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olun­masıdır. Prezident İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində ölkədə yüzlərlə səhiyyə müəssisəsi, müalicə-diaqnos­tika mərkəzləri, yeni məktəblər tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəa­liyyətə başlaması, "Şimal-Cənub", "Şərq- Qərb" nəqliyyat dəhlizləri, ümumiyyətlə, nəhəng infrastruktur layihələrinin icrası Azərbaycanı regionun nəqliyyat-tranzit, eləcə də logistika mərkəzinə çevirdi.

Bizi Qarabağımıza qovuşduran payız günlərinin hər anında kitablara sığmayan qəhrəmanlıq dastanı yazılırdı. Bu dastanı Prezidentimiz, müzəffər Ali Baş Koman­danımız, İlham Əliyev yazdı. İlham Əliyev sarsılmaz iradəsi, qətiyyəti sayəsində böyük strateq, qalib sərkərdə kimi əbə­di olaraq tarixə imza ataraq, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldu.

Ölkə üçün çətin günlərdə İlham Əliye­vin xarici KİV-lərə çoxsaylı müsahibələri praqmatik siyasətçi, hadisələri, proses­ləri dəqiq qiymətləndirən, öz mövqeyini əsaslandırmağı bacaran lider olduğunu bir daha nümayiş etdirir, xalqın qələbəyə inamını artırırdı.

Ali Baş Komandan İlham Əliyev ta­riximizdə bir çox ilklərin müəllifi kimi, bu savaşda da yeni texnologiyaları tətbiq edərək müasir hərb dərsliklərinə düşəcək bir ilkə imza atdı. Memarı İlham Əliyev olan bu böyük əsər millətimiz və dövləti­miz mövcud olduqca qalacaq.

Qazandığı qələbə ilə Azərbaycan xalqını qalib xalqa çevirdi, bir milyon in­sanı məcburi köçkünlükdən xilas edib, gələcək nəsillərə örnək, güvən verdi.

Azərbaycan son 200 il ərzində ilk dəfə olaraq İlham Əliyevin qüdrəti sayəsində qələbə qazanaraq tarixə düşdü. İllər ötə­cək, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma bu qoca dünyanın hərb tarixində bir ad daim yaşayacaq: Qətiyyətli lider, qüdrətli sərkərdə, fenomenal şəxsiyyət, müzəffər Ali Baş Komandan İlham Əliyev.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bundan sonra da böyük inkişaf yolu keçərək yük­sək hədəflərə nail olacaq, Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin bütün arzuları­nı gerçəyə çevirəcəkdir.

Artıq iki ilə yaxındır ki, dünya Azər­baycanın işğaldan azad edilmiş əra­zilərdəki möhtəşəm quruculuq əzminə şahidlik edir. İlham Əliyevin gərgin əməyi sayəsində Qarabağ və Şərqi Zəngəzur­da qısa dövr ərzində həyata keçirilən yenidənqurma işləri: Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilanda Ağalı kəndinin ye­nidən qurulması işğaldan azad olunmuş ərazilərimizin bərpasının möhtəşəm nü­munələrindəndir. Bu cür nəhəng infrast­ruktur layihələrinin həyata keçirilməsi məhz İlham Əliyevin böyük siyasi iradə­sinin təcəssümüdür.

Dövlət başçımız hakimiyyətinin ilk günlərində bəyan etmişdi ki, mənim siya­si kursum Heydər Əliyev strategiyasının tərkib hissəsi, onun davamıdır. Ulu ön­dərin siyasəti dəyişməz olaraq qalacaq və Azərbaycan xalqının gələcək təmina­tının, işıqlı, firavan həyatının qarantının əsas atributu kimi yaşadılacaq. “Heydər Əliyev siyasəti yaşamalıdır. Bu, zamanın tələbidir. Bu, yeganə siyasətdir ki, Azər­baycanı daha da gücləndirəcək, Azər­baycan xalqının həyat səviyyəsini yaxşı­laşdırmağa xidmət edəcəkdir”. 

İlham Əliyev qısa bir vaxt ərzində çox çevik siyasət həyata keçirərək ölkə­də liberal islahatlar aparmaqla yanaşı, demokratik təsisatları gücləndirdi. Qa­nunlar təkmilləşdirildi, qaydalar yeniləş­dirildi, strukturlar beynəlxalq normalara uyğunlaşdırıldı. Daxili siyasət strategiya­sı ilə yanaşı, xarici siyasətin istiqamətləri müəyyənləşdirildi. Bütün istiqamətlərdə, istər Şərq, istər Qərb yörəsində, istər­sə də uzaq Amerika qitəsi ilə olsun, bu siyasətin konturları tamamilə aydın və dəqiq idi. “Biz bütün ölkələrlə əməkdaş­lığa açığıq, xarici siyasətimiz səmimidir, dürüstdür” çağırışı ilə dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının yüksək tribuna­sından dünya dövlətlərinə, aparıcı təşki­latlara, iri şirkətlərin rəhbərlərinə müra­ciət edərək, Azərbaycan hakimiyyətinin siyasi kursunu bəyan elədi”.

Xalqımızın Zəfəri ilə başa çatan Vətən savaşının yaratdığı əsas reallıqlar­dan biri Azərbaycanın tarixində yeni inki­şaf mərhələsinin başlanmasıdır. Bu mər­hələdə qarşıya qoyulan prioritetlər bəllidir və Prezident İlham Əliyevin də elan etdiyi kimi, indi dövlətimizin milli ideyası işğal­dan azad olunmuş ərazilərin bərpası, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. 

Bəli, bu gün dönüb geriyə, tarixə nəzər salanda cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə keçilən yüksəliş yolunun nə qədər möhtəşəm, nə qədər qürurverici olduğunu görürük. Azərbaycanı inkişaf yoluna çıxaran İlham Əliyev özünün uzaq­görən, qətiyyətli və müdrik siyasəti ilə həm də xalqımızın tarixi arzusunu reallaşdıra­raq, torpaqlarımızın işğaldan azad olun­masını təmin etdi. 

Qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əli­yev yenə də vaxtı və məqamı böyük mə­harətlə seçdi, "ağıllandırma tədbirləri"ni görünməmiş sürətlə apararaq Ermənis­tanın Ağdərədəki gizli hərbi bazasını və Qarabağdakı 11 minlik qanunsuz silahlı birləşməsini darmadağın edərək ağ bay­raq qaldırmağa məcbur etdi! Möhtəşəm Zəfərə 23 saatlıq əlavə Azərbaycan əra­zisindəki erməni silahlılarının tərk-silah olunaraq torpaqlarımızdan təmizlənmə­sinə son nöqtəni qoymuş oldu. 

Ali Baş Komandan İlham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələ­cəyin lideridir. Prezident seçkilərinin əsas məğzi vətəndaşların İlham Əliyevi qalib elan etməsidir. 2024-cü ilin 7 fevral növ­bədənkənar seçkilərində də Azərbaycan seçiciləri cənab İlham Əliyevə səs ver­məsi tariximizin ən möhtəşəm Zəfərinə öz münasibətlərini bildirəcəkdir. 

Günel MƏLİKLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Siyasət