Əfsanələri həqiqətə çevirən lider

post-img

Azərbaycan xalqı bu gün çoxəsrlik ta­rixi inkişaf yolumuzda özünün ən şərəfli və əfsanəvi dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev əfsanələri real tarixə çevirməyi bacarmışdır. Azər­baycan Respublikası həm ölkə daxilində və həm də beynəlxalq aləmdə heç vaxt in­diki qədər güclü olmamışdır. 

Prezident İlham Əliyevin Azərbaycan Respublikasına böyük uğurla rəhbərlik etdiyi möhtəşəm 20 il əsrlərə bərabər mühüm tarixi mərhələdir. İkinci Qarabağ müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə qazandığı böyük Zəfər çoxərslik Azərbaycan tarixinin təkrarı ol­mayan nadir hadisəsidir. Müstəqil ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam və qəti şəkildə təsdiq olunması Prezident İlham Əliyevin fəth etdiyi əlçatmaz uca zir­vədir. Azərbaycanın işğaldan azad edilmiş Xankəndi şəhərində hərbi paradın keçirilmə­si Heydər Əliyev – İlham Əliyev ideallarının möhtəşəm təntənəsidir. Xankəndi stadio­nunda Azərbaycan idmançılarının keçirdiyi futbol yarışında Prezident İlham Əliyevin topa vurduğu zərbə Azərbaycan xalqının və müstəqil dövlətimizin daha parlaq gələcə­yinin paroludur və eyni zamanda düşmənə endirilmiş ağır zərbədir.

Xalqımızın bütün təbəqələri kimi Azər­baycanın elmi ictimaiyyəti, Milli Elmlər Akademiyasının çoxminli kollektivi də ürək­dən inanır ki, müstəqil dövlətimiz xalqımızın lideri İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da daha böyük uğurlara imza atacaq­dır. Azərbaycan alimləri hazırkı məsuliyyət­li və şərəfli mərhələdə də Prezident İlham Əliyevin xarici və daxili siyasətini ürəkdən dəstəkləyir və ölkəmizdə cənab Prezidentin qətiyyətlə irəliyə doğru atdığı addımların böyük magistral yollara çevrilməsinə xidmət göstərməyi özlərinə şərəfli borc hesab edir­lər. Hər bir Azərbaycan vətəndaşı kimi elm adamları da xalqımıza hazırkı dövrün misil­siz iftixar mənbəyi olan tarixi hadisələrindən doğan qeyri-adi günləri yaşatdığı üçün Azər­baycan Respublikasının Prezidenti İlham Əliyevə borclu və minnətdardırlar.

Müasir tarixi epoxanın qüdrətli Lide­ri, xalqımızın böyük oğlu, Prezident İlham Əliyevin hər ad günü ölkəmizin inkişafının daha parlaq bir səhifəsi və yeni xoşbəxt sa­bahlara açılan geniş üfüqlərdir. 

Möhtərəm Prezidentimizi xalqımız üçün əlamətdar olan bu gündə ürəkdən təbrik edir, dövlətimizin rəhbərinə möhkəm cansağlığı və apardığı qətiyyətli mübarizədə yeni-yeni qələbələr arzulayırıq.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik

Siyasət