Şimali Koreya–Rusiya münasibətləri ABŞ-ı narahat edir

post-img

ABŞ, Cənubi Koreya və Yaponiya liderlərinin milli təhlükəsizlik müşavirləri Vaşinqton, Seul və Tokio arasında hərbi-texniki əməkdaşlığı genişləndirmək və ümumi təhlükəsizliyə cavab tapmaq məqsədi daşıyan alyansın yaradılmasından sonra ilk görüşlərini keçiriblər. KXDR-in raket və kosmik proqramlarının kəskin artması, eləcə də Rusiya–Şimali Koreya əməkdaşlığının yüksəlişi nəzərə alınaraq, yeni hərbi ittifaq üçbucağı güc baxımından sınaqdan keçirilir. Görüşün əsas nəticəsi təhdidləri neytrallaşdırmalı və ABŞ və müttəfiqlərinə regionda liderliyini qoruyub saxlamağa imkan verməli olan qabaqcıl texnologiyalarda üstünlük əldə etmək qərarı olub.

Prezident Co Baydenin Hind–Sakitokean siyasətini gücləndirmək üçün Seula uçan Ceyk Sallivanın tərəfdaşları Cənubi Koreya Prezidentinin milli təh­lükəsizlik üzrə müşaviri Ço Tae-Yonq və Yaponiya Milli Təhlükəsizlik Şurasının katibi Takeo Akiba olub. Cənubi Koreya­nın ABŞ-dakı səfiri Ço Hyun Donun söz­lərinə görə, danışıqlarda iştirak edənlər “regiondakı geosiyasi risklərə, xüsusən də Şimali Koreyanın yaratdığı təhlükəyə cavab vermək üçün strategiya hazırla­malı idilər”. Cənubi Koreyalı diplomat noyabrın 21-də Şimali Koreyanın ilk kəş­fiyyat peykinin uğurla orbitə buraxılması­nı Pxenyanın sabitliyi pozan addımı ad­landırıb. Koreyalı səfirin sözlərinə görə, bu, ABŞ, Cənubi Koreya və Yaponiya arasında təhlükəsizlik sahəsində əmək­daşlığın artırılması ehtiyacını daha da aktuallaşdırıb.

Şimali Koreyanın ilk kəşfiyyat peyki olan “Mulligen-1” in orbitə çıxması xəbə­ri Pxenyana ABŞ-ın Hind–Sakit Okean bölgəsindəki strateji hərbi obyektlərinin və hətta Ağ evin çəkilişini aparmağa im­kan verib ki, bu da Vaşinqtonu və müt­təfiqlərini ciddi şəkildə narahat edib və üçtərəfli ittifaqın üzvləri üçün son dərəcə xoşagəlməz bir sürpriz olub. Buna cavab olaraq Cənubi Koreya gərginliyi azalt­maq üçün 19 sentyabr 2018-ci il tarixli Koreyalararası razılaşmanın dayandırıl­dığını elan edib ki, bu da digər tədbirlər­lə yanaşı sərhəd bölgələrində kəşfiyyat təyyarələrinin uçuşlarına məhdudiyyət­lər də daxildir. Bundan sonra Pxenyan özünü bu razılaşma ilə bağlı hesab et­mədiyini açıqlayıb və 5 il əvvəl partladıl­mış silahsızlaşdırılmış zonada mühafizə postlarını bərpa etməyə, həmçinin hərbi hissələri və ağır silahları oraya köçür­məyə başlayıb. 

Seulda olarkən Ceyk Sullivan Cə­nubi Koreyalı həmkarı Ço Tae Yonqla 2018-ci il müqaviləsinin dayandırılma­sını dəstəkləyərək ayrıca görüş keçirib. O, bu addımı “Şimali Koreya tərəfindən sazişlərin və BMT Təhlükəsizlik Şurası­nın qətnamələrinin pozulmasına cavab olaraq balanslaşdırılmış, təmkinli qərar” adlandırıb. Eyni zamanda, o, ABŞ-ın bu gün Cənubi Koreyanı qorumaq üçün verdiyi vədlərə həmişəkindən daha çox sadiq olduğunu vurğulayıb.

Öz növbəsində, Seulda danışıqlar aparanları qəbul edən Cənubi Koreya prezidenti Yun Sok Yol ABŞ Prezidenti Co Bayden və Yaponiyanın Baş naziri Fumio Kişida ilə birlikdə yeni hərbi ittifaq üçbucağının yaradılması ilə bağlı razılı­ğa gəlib, bu təşəbbüsün aktuallığını xü­susilə qeyd edib.

Şimali Koreyanın Rusiyaya iddia olunan silah və sursat ötürməsi möv­zusu Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iyulda Pxenyana səfərindən sonra son aylar Qərb siyasətçiləri, eks­pertləri və mediası tərəfindən aktiv şəkil­də müzakirə olunub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əvvəllər dəfələrlə Qərb ölkələ­rinin Rusiya və Şimali Koreya arasında hərbi-texniki əməkdaşlıqda ittihamlarının əsassız olduğunu vurğulayıb. 

S.ELAY
XQ

Siyasət