Yol hərəkəti iştirakçılarına müraciət

post-img

Yol hərəkəti — bu, sadəcə nəqliyyat vasitəsinin bir nöqtədən digərinə hərəkəti deyil, dünyada hər gün milyonlarla insanın qarşılıqlı anlaşma, məsuliyyət və diqqətlə birgə hərəkət etdiyi mürəkkəb və canlı bir sistemdir. Bu sistemin əsas qayğısı isə təhlükəsizlikdir.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Məhz bu təhlükəsizliyin təmin olunmasında radar sistemləri xüsusi yer tutur. Radar — sadəcə bir texniki qurğu deyil. O, qanuna, qaydalara və insan həyatlarının qorunmasına xidmət edən texniki vasitədir. Radar yollarda nəzarəti gücləndirməklə yanaşı, bizə öz məsuliyyətimizi xatırladır. Hər dəfə radarın yaxınlığından keçərkən biz bir anlıq da olsa düşünürük: “Nəqliyyat vasitəsini yüksək sürətlə sürsək nə qazanırıq? – cərimə, təhlükəli anlar, həyəcan və ağır qəzalar”. 

Müşahidələr göstərir ki, radar olan ərazilərdə yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalır. Sürət həddinə nəzarət etməklə radar potensial faciələrin qarşısını alır. Bu, bizim üçün sadəcə bir cihaz deyil — yol təhlükəsizliyinə tövhədir.

Radar — bizim tərəfdaşımızdır, həm də sizin yol yoldaşınızdır. Onun varlığı yolda intizam yaradır, yetər ki, riayət edək.

Hər birinizə sağlam və təhlükəsiz yollar arzulayırıq!

P.ƏMİRCANOV
XQ

Sosial həyat