Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) elmi fəaliyyət sahəsində növbəti mühüm uğura imza atıb.
UNEC-in elmi nəşrlərindən biri olan "Journal of Economic Sciences: Theory and Practice" jurnalı nüfuzlu SCOPUS elmi bazasında indekslənib.
Bu, son bir ildə UNEC-in SCOPUS-a daxil edilən ikinci elmi jurnalıdır. Xüsusilə vurğulamaq lazımdır ki, bununla UNEC Azərbaycanda ilkə imza atıb. Belə ki, "Journal of Economic Sciences: Theory and Practice" jurnalı iqtisadiyyat sahəsində Azərbaycanın SCOPUS-da indekslənən ilk jurnalıdır.
Jurnalın SCOPUS bazasında indekslənməsi elmi məqalələrin qlobal səviyyədə tanınması və qəbul edilməsinin, istinadlarının sayının artmasının bariz nümunəsi olmaqla yanaşı, UNEC tədqiqatçılarının qlobal elmi bazada daha fəal iştirakının və onların tədqiqatlarının keyfiyyətinin elmi standartlara uyğunluğunun beynəlxalq səviyyədə tanınmasıdır. Eyni zamanda bu nailiyyət son nəticədə qlobal elm məkanında UNEC-in tədqiqat univetsiteti kimi nüfuzunun artmasına ciddi təkan verəcək.