Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ Prezidenti Donald Tramp iyulun 6-da “konstruktiv söhbət” aparıblar. Bu barədə “Politiko” Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat verib.
Avropa Komissiyasının sözçüsü bildirib ki, Aİ-nin məqsədi iyulun 9-dək Vaşinqtonla ticarət razılaşmasına nail olmaqdır: “Mən həm də prezident fon der Leyenlə prezident Tramp arasında telefon danışığını təsdiq edə və onların yaxşı danışıq apardıqlarını təsdiqləyə bilərəm”.
AK nümayəndəsi söhbətin məzmunu ilə bağlı təfərrüatları açıqlamayıb, lakin ABŞ-la razılığa gəlməyin mümkünlüyünü vurğulayıb: “ABŞ ilə razılığa gəlmək istəyirik. Biz tariflərdən qaçmaq istəyirik. Onların zərərli olduğunu düşünürük. Biz uduz-uduz deyil, qazan-qazan nəticələri əldə etmək istəyirik”.
P.ƏMİRCANOV
XQ