Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.
Nazirlikdən XQ-yə bildirilib ki, rəsmi səfər proqramına əsasən, general-polkovnik K.Vəliyevin Krallığın hərbi rəhbərliyi ilə bir sıra görüşləri, həmçinin Terrorla Mübarizə İslam Koalisiyası Mərkəzini ziyarəti planlaşdırılır.