Pakistanın Milli Fəlakətlərin İdarə Olunması İdarəsi (NDMA) ölkədə musson yağışlarının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayının 72-yə çatdığını bildirib. Məlumatı “Anadolu” yayıb.
Nazirlik bildirib ki, Xeyber-Paxtunxva, Şərqi Pəncab, Sind və Bəlucistan əyalətlərində leysan yağışlar davam edir, 130-dan çox insan xəsarət alıb.
İdarənin bəyanatında deyilir ki, yağışlar intensivləşə bilər və yerli hakimiyyət orqanları yüksək hazırlıqlı olmağa çağırılıb.
Pakistanda hər il iyul-sentyabr aylarında yağan musson yağışları yüzlərlə insanın həyatına son qoyur və böyük həcmdə maddi ziyana səbəb olur.
P.ƏMİRCANOV
XQ