Erməni politoloq: Azərbaycanla Ermənistanın arsenalları arasında nəhəng uçurum var

post-img

“Ermənistanın 100-ə yaxın, Azərbaycanın bundan təxminən 5 dəfə çox tankı var. Azərbaycanın artilleriyada üstünlüyü 4,5-5 dəfə, reaktiv yaylım atəşi sistemlərində isə 5 dəfədir. Yəni, belə bir nəhəng boşluq var. Pul ifadəsində bu boşluq 15-20 milyard dollar qiymətləndirilir”.

“Caliber” xəbər verir ki, bunu erməni politoloq Andrias Qukasyan Ermənistan mətbuatına müsahibəsində deyib.

“Ermənistan rəhbərliyi KTMT-nin hərbi-siyasi strukturlarında iştirakını boykot edir, lakin de-yure bütün münasibətləri saxlayır ki, Qərbdən hərbi texnika almaq mümkün olsun. Bundan əlavə, təbii ki, Ermənistan hərbi balans problemini həll etmək üçün özü də silah istehsal etməlidir. Biz Qərblə daha sıx əlaqələrə malik olmalı, Qərb dövlətləri ilə daha yaxın siyasət aparmalıyıq”, - deyə politoloq bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət