Erməni hərbi ekspert: Paşinyan Azərbaycanı qabaqlayıcı zərbəyə təhrik edir

post-img

“Fransa və digər ölkələr Ermənistanı silahlandırır və bu, Ermənistanın Azərbaycana hücum etməsi üçün edilir. O zaman Azərbaycan Ermənistanın hücumunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görəcək”.

“Caliber” xəbər verir ki, bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan Ermənistan mətbuatına müsahibəsində bildirib.

“KTMT-nin üzvü olan Ermənistanın 2018-ci ilə qədər NATO üzvü olan ölkələrlə ciddi hərbi-texniki əməkdaşlıq etdiyini bilən varmı? Heç kim bu barədə danışmadı. Siyasət belə işləyir. Bunun ardınca Paşinyan da bəyan etdi ki, Ermənistan heç bir qonşuya hücum etmək niyyətində deyil. Təsəvvür edirsinizmi, Gürcüstan, Türkiyə, İran və Azərbaycan liderləri həmin an necə güldülər? Ona görə deyirəm: 6-cı palatada vacib çarpayılardan biri səhərdən axşama kimi Nikol Paşinyan və digərləri üçün ağlayır. Belə bir şeyi necə elan edə bilərsən? Heç kimə hücum etməyəcəyinizi deyirsiniz, dedikləriniz əsas götürülür, ancaq özünüzü silahlandırırsınız”, – deyə Hayk Nahapetyan bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət