Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

post-img

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,  noyabrın 19-u saat 00:10 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun 107-ci kilometrliyində Siyəzən rayon sakini Xanbaba İbrahimov idarə etdiyi "KİA"  markalı avtomobillə eyni istiqamətdə sağdan sola yolu keçən piyada 1994-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Hüseynağa Qəribovu vurub. H.Qəribov hadisə yerində ölüb.

X.İbrahimov hadisə yerindən yayınıb, daha sonra isə özü Siyəzən RPŞ-yə gedərək hadisə barədə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər